Bakıda yeni biznes-sedan avtomobili təqdim edildi
Dolların bahalaşmasından sonra bir çox insanlar üçün avtomobil almaq əlçatmaz olub. Təxminən iki dəfə qalxan qiymətlər alıcıların imkanlarına uyğun deyil. Bir sıra avtomobil modelləri elə bir qiymətə satılır ki, o qədər pulu həmin modellərə ödəməyə də dəymir.
Belə bir vaxtda Çinin avtomobil nəhəngi “Lifan” və onun Azərbaycandakı tərəfdaşı “Naxçıvan Avtomobil Zavodu” (NAZ) alıcıları sevindirdi.
Noyabrın 20-də “Ganjlik Mall” ticarət mərkəzində “NAZ Lifan 820” modelinin rəsmi təqdimatı keçirildi.
Bildirildi ki, “NAZ Lifan 820” modeli istehsalçının “şah əsəridir”. Görünüşcə ecazkar, təchizat baxımdan “full” olan bu biznes-sedan Çinin “Lifan” avtomobil şirkətinin dəstəyi ilə “Naxçıvan Avtomobil Zavodu” tərəfindən yığılır.
“RƏQİBLƏRİNİN QATİLİ”
Çinli istehsalçı “Lifan 820” modelini Pekin Avtomobil Sərgisində təqdim etmişdi. Avtomobil bazarının ekspertləri “Lifan 820” modelinə “rəqiblərinin qatili” adını veriblər. “Lifan 820” avtomobilinin populyarlığına görə, öz sinfindəki rəqiblərini geridə qoyacağı gözlənilir. Rəqibləri təchizat və qiymət baxımından “Lifan 820”-dən geri qalırlar.
Avtomobildən yüksək gözləntilər əsassız deyil. “NAZ Lifan 820” modelində eksteryerin dizaynı müasir və nəfisdir. “Lifan 820”-nin xarici görünüşü Avropanın məşhur dizayn şirkəti tərəfindən hazırlanmışdır. Avtomobilin salonu - sadə, yığcam və rahatdır.
GÜCLÜ MÜHƏRRİK, AŞAĞI YANACAQ SƏRFİYYATI
1920 kq çəkiyə malik olan “NAZ Lifan 820” lüks biznes-sedanı 2,4 litr, 4 silindr, 16 klapan və161 at gücündə injektor mühərrik ilə təchiz olunur. 6 pilləli avtomatik sürətlər qutusu ilə hərəkətə gələn avtomobil 100 km məsafəyə 8.2 litr yanacaq sərf edir. Avtomobil 100 km/saat sürətinə 15,8 saniyəyə qədər çata bilir və maksimum sürət 180 km/saat ilə məhdudlaşdırılıb.
4865 mm uzunluq, 1835 mm en və 1480 mm hündürlük ölçülərinə malik olan “NAZ Lifan 820” modelinin yerdən hündürlüyü 121 mm təşkil edir ki, buda biznes sinif avtomobilləri üçün yaxşı göstəricidir. Adətən Çin avtomobillərində təkərlər kiçik olur. “NAZ Lifan 820” modelində şinlər xeyli böyük - 215/60R16 95V ölçüsündədir.
ZƏNGİN TƏCHİZAT, YÜKSƏK TEXNOLOGİYA, QABAQCIL TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİ
“NAZ Lifan 820” modeli Azərbaycan bazarı üçün zəngin komplektdə təqdim edilir: Elektrik panorama lyuk, elektrik idarə olunan şüşələr, elektrik idarə olunan və qatlanan yan güzgülər, dəri oturacaqlar, klimat kontrol, qabaq oturacaqların qızdırıcısı, rəngli sensor ekran (musiqi, telefon, naviqator, arxa görünüş kamerası), müasir multimedia sistemi, şaquli tənzimlənən sükan, hidravlik sükan gücləndirici, məsafədən idarə olunan qapı kilidi, mərkəzi qapanma sistemi, sürücü və sərnişin üçün təhlükəsizlik yastıqları, ESP daxil ABS əyləc sistemi və s.
“NAZ Lifan 820” modelinin baqaj bölməsini məsafədən açmaq mümkündür. Avtomobilin yük bölməsinin həcmi 510 litr təşkil edir ki, bu da seqmentindən yüksək göstəricilərdən biridir.
QİYMƏT VƏ KEYFİYYƏTDƏ RƏQABƏT QABİLİYYƏTLİDİR
“NAZ Lifan 820” bazarda ən rəqbətçi biznes-sedan avtomobilidir. Hazırda Azərbaycan bazarında biznes-sedan avtomobillərinin qiyməti 45-50 min manatdan yüksəkdir. Keyfiyyəti və təchizatına görə, Koreya, Yaponiya və Avropa istehsalçılarının modellərinə çatan “NAZ Lifan 820” avtomobili cəmi 32500 manata təklif edilir.
“NAZ Lifan 820” modelinin Bakı şəhərində yerləşən “Badamdar” avtomobil bazarındakı 10-cu salondan əldə etmək olar. “Lifan” servis mərkəzi və ehtiyat hissələri mağazaları fəaliyyət göstərir. Avtomobillərə 3 il və ya 100000 km zəmanət verilir.
Təqdimat mərasimində “Lifan Motors” və Naxçıvan Avtomobil Zavodunun nümayəndələrinin çıxışından və avtomobilin xüsusiyyətləri haqında məlumat verildikdən sonra musiqiçilərin ifaları, rəqslər, şoular olub, viktorinalar təşkil edilib, aktiv iştirak edən şəxslərə müxtəlif hədiyyələr paylanılıb.
Satış salonu
Telefon: +994 70 492 13 13
Ünvan: Azərbaycan, Bakı, Badamdar, Maşın Bazarı, 10-cu salon,
E-mail: [email protected]
Web: www.lifan.az
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
43 san. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
-
2 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
3 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
3 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
3 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
Ən çox oxunanlar
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü























