XalqOnline tətbiqini App Store və Google Play Marketdən yükləyin!
®️Ölkədə fərdi və korporativ müştərilərə vahid platforma çərçivəsində xidmət göstərən ilk mobil bank sistemini uğurla istifadəyə verən Xalq Bank XalqOnline mobil tətbiqini artıq İOS əməliyyat sistemi ilə işləyən cihazlar üçün təqdim edir.
Tətbiqi İOS üçün pulsuz buradan yükləmək mümkündür: https://apple.co/3myf1cf (Android üçün: https://bit.ly/39MSsuw). Mobil tətbiq Banka getmədən həm fərdi, həm korporativ hesabları smartfondan idarə etmək – hesablara onlayn nəzarət etmək və müxtəlif bank əməliyyatları icra etmək imkanı verir.
Geniş ayarlar və filtrlər vasitəsilə idarə edilən, olduqca çevik istifadəçi profili, dark mode rejimli nəfis və müasir dizaynda hazırlanmış XalqOnline tətbiqi istifadədə olduqca rahat və sadədir. Bankın müştəriləri tətbiq vasitəsilə kommunal/rabitə ödənişlərini həyata keçirmək, ödəniş şablonları yaratmaqla kart və ölkədaxili, eləcə də xarici hesablara köçürmələrlə yanaşı valyuta alqı-satqısı əqdləri, hesablar, kredit və əmanətlər haqqında ətraflı məlumat və çıxarışlar əldə etmək, həmçinin əməliyyatların qrafik dinamikasını izləmək imkanına malikdirlər. İstifadəçilər ödənişlərini XalqOnline mobil tətbiqində yaradılan şablonlar vasitəsilə və avtomatik rejimdə dövri olaraq həyata keçirmək imkanı ilə yanaşı, daha güzəştli tariflər əldə edirlər. Tətbiqdə, həmçinin Xalq Bankın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək, valyuta kalkulyatorundan istifadə etmək də mümkündür.
Mobil tətbiq XalqOnline sisteminin ana internet platformasının bütün xüsusiyyətlərini – geniş funksional, yüksək sürət, çevik əməliyyatlar, əlverişli şərtlər, istifadədə rahat, sadə anlaşılan interfeys və digər üstünlükləri dəstəkləyir.
Ətraflı məlumat üçün Bankın Məlumat Mərkəzinə 138 nömrəsi ilə və yaxud www.xalqonline.az / www.xalqbank.az saytlarına müraciət edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
15 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi



















