Azərbaycanın qida və içki istehsalçısı Avropa bankından böyük məbləğdə kredit alır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın qida və içki istehsalçısı olan "Avrora" şirkətinə 25 milyon avro məbləğində (təxminən 50 milyon manat) kredit ayrılacaq.
Marja xəbər verir ki, kreditin təyinatı yeni istehsal xətlərinin və avadanlıqların satın alınmasıdır.
Kredit iki bərabər tranşda olmaqla Azərbaycan manatı ilə veriləcəkdir.
İlk tranş yeni makaron istehsalı xəttinin maliyyələşdirilməsi üçün istifadə olunacaqdır. İkinci tranş isə biskvit istehsalı üçün avadanlıqların satın alınması məqsədilə istifadə olunacaqdır.
AYİB-lə əməkdaşlıq çərçivəsində "Avrora" şirkəti özünün yeni və mövcud işçiləri üçün texniki vəzifələrdə müvafiq bacarıqları, habelə elektron ticarətlə bağlı yeni təlim proqramını tərtib edəcəkdir. Həmçinin şirkət öz fəaliyyətləri çərçivəsində qadın və kişilərə bərabər imkanların yaradılmasını təmin edəcəkdir. "Avrora" şirkəti iş şəraitinin qadınlar üçün bərabər qaydada uyğunlaşdırılmasını təmin etmək məqsədilə özünün insan resursları siyasət və təcrübəsini nəzərdən keçirəcəkdir. Layihə Azərbaycanda bərabər imkanların yaradılmasını hədəfləyən ilk investisiyanı özündə ehtiva etməklə, Bankın fəaliyyət göstərdiyi ölkələrdə bərabər imkanların təşviqi ilə bağlı yeni strateji istiqaməti ilə də uyğunluq təşkil edir.
1994-cü ildə təsis edilən şirkət Azərbaycanda kütləvi istehlak mallarının aparıcı distributorlarından biri, habelə qida və içki istehsalçısıdır. "Avrora" MMC makaron, qənnadı məhsulları, qazlı sərinləşdirici içkilər və un məmulatlarının istehsalı sahəsində aparıcı şirkətdir.
AYİB Azərbaycanda aparıcı institusional investordur. Bank bügunədək ölkədə 174 layihə üzrə 3,1 milyard avro investisiya yatırmışdır. Bank eləcə də kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhətçiliyi xidmətləri göstərməklə 1000-dən çox şirkətə öz fəaliyyətlərini təkmilləşdirməyə və inkişaf etdirməyə köməklik göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 24 d. əvvəl
-
-
27 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
49 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















