Dollara qarşı təzyiqlər və qızıla tələb arta bilər
Amerikanın sənaye sektoruna və daxili ticarət dövriyyəsinə dair fundamental göstəricilərin mənfi açıqlanması, dollar indeksinin 92 punktun altında müqavimətlə rastlaşmasına və yeni minimumlara düşəcəyi ilə bağlı ehtimalları artmasına səbəb olub. Burada söhbət qiymətin ilkin mərhələdə qayıdıb mart ayı minimumunu yeniləməsi mümkünlüyündən gedir.
Hazırda EUR/USD 1.19$, GBPUSD məzənnəsi 1.38$-da dəstək görməkdədir və səviyyələrin qorunması şəraitində bahalaşmanın başlayacağı proqnozları güclənib. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 22:30-da baş tutacaq Amerika Mərkəzi Bankının (FED) mətbuat konfransındaki açıqlamalar da önəmli rol oynayacaqdır.
FED sədri iqtisadiyyatda dayanıqlı yaxşılaşma dövrünün yaxın zamanda başlayacağı ümidləri sındıracaq və risklərin mövcudluğuna dair açıqlamalar edərsə, bu, son zəif inflyasiya göstəricilərinin altında da xətt çəkmiş olacaqdır. Yumşaq monetar siyasətin davam etdirilməsinin önəmliyi də bir daha vurğulanarsa, dollara qarşı təzyiqlərin artması ilə yanaşı, əlvan metallar bazarlarında qızıla olan tələb də arta bilər.
Qızılın bir unsiya üzrə qiyməti 1740$ müqavimətinə yaxın ticarət edilir və qırılması ilə 1762$-a kimi yolunu açmış olacaqdır. Kriptovalyuta birjalarında da bitkoinin qiyməti çərşənbə axşamı dəstək səviyyəsinin üzərində ticarət edilir və önəmli müqavimət səviyyələri 57800, 60700 və 73600$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
7 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 11 d. əvvəl
-
-
26 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı




























