Bank sədri: "Hər ay yeni 70-80 min müştərimiz mobil tətbiqimizi yükləyir"
“Pandemiya bank sektoruna müəyyən müsbət təcrübələr də qazandırıb”.
Bunu Marja-ya Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Sədr qeyd edib ki, pandemiya ilə fiziki və hüquqi şəxslərdə, şirkət müştərilərdə yeni vərdişlər formalaşıb:
“Onlar indi xidmətlərdən məsafədən istifadə etməyə üstünlük verirlər. Daha çox rəqəmsal xidmətlərimizdən istifadə etməyə başlayıblar. Ölkə üzrə həm fiziki şəxs, həm də hüquqi şəxs müştərilərin rəqəmsal xidmətlərdən istifadə səviyyəsi və nağdsız ödənişlərin həcmi kifayət qədər artıb. Əslində, bir il öncə heç təsəvvür belə etməzdik ki, nağdsız ödənişlərin həcmində və rəqəmsal həllərdən istifadədə bu qədər inkişaf olacaq. Bir neçə rəqəmdə fikrimi ifadə etməyə çalışım. Mobil tətbiqimizdən istifadə həcmi artıb. Hər ay yeni 70-80 min müştərimiz mobil tətbiqimizi yükləyir və istifadə etməyə başlayır. Kommunal ödənişlərdə son üç ayda ödənişlərin həcmi və sayı ötən dövrə nəzərən 2 dəfə artıb. Nağdsız ödənişlərlə bağlı bir məqamı nəzərə çatdırım: baxmayaraq ki, sərt karantin rejimində mağazaların bir çoxu fəaliyyət göstərmirdi, buna baxmayaraq kartlar vasitəsilə nağdsız ödənişlərin həcmi 25% artıb. Kartlar vasitəsilə təmassız ödənişlərin sayında isə 10 dəfədən çox artım müşahidə edirik. Pandemiya bizi də müsbət mənada məcbur etdi ki, öz rəqəmsal işlərimizi tezləşdirək, nəzərdə tutduğumuz layihələri daha tez müştərilərin xidmətinə təqdim edək. 2020-ci ilin ortalarında biz öz mobil tətbiqimizi tamamilə yenilədik və yeni simada müştərilərimizin xidmətinə təqdim etdik. Bunun da nəticəsində, təbii ki, bu göstəriciləri artırmağa nail ola bildik”.
Həmçinin oxu
Azərbaycan Beynəlxalq Bankının sədri ilə MÜSAHİBƏ
Abbas İbrahimov vurğulayıb ki, şirkətlərin də rəqəmsal həllərə, məsafədən xidmət imkanlarına marağı kəskin şəkildə artıb:
"Biz bunları da təbii ki, rəqəmlərdə görürük. Məsələn, ilk banklardan olduq ki, məsafədən bank hesablarının açılması xidmətini müştərilərimizə təqdim edə bildik. Bu günə 700-dən artıq şirkət öz korporativ hesabını məsafədən açıb və bizim müştərimizə çevrilib. Öz korporativ bankçılıq xidmətimizi ötən il ərzində xeyli inkişaf etdirdik. Müştərilərimizdən əldə etdiyimiz rəylər əsasında korporativ bankçılıq sistemimizə yeni funksiyalar əlavə etdik. 2020-ci ildə internet bankçılıq vasitəsilə olan korporativ dövriyyəmizin həcmi də düz 2 dəfə artıb. Cari ildə korporativ müştərilərimiz üçün internet bankçılıq xidmətimizi də tamamilə yeniləyəcəyik. Özümüzün yaratdığımız Rəqəmsal İnnovasiyalar Mərkəzində müştərilərimizə tamamilə yeni funksionallıqları, yeni istifadəçi rahatlığı və asanlığı olan yeni bir korporativ internet bankçılıq həllini təqdim edəcəyik. İlin sonuna qədər biz bu məhsulumuzu öz kiçik və orta sahibkarlarımıza, eləcə də iri korporativ müştərilərimizə təqdim etməyi bacaracağıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 24 d. əvvəl
-
-
27 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
49 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















