Azərbaycan dəmir yolları ilə əməkdaşlıq edən Amerika şirkətlərinin sayı arta bilər
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qonağa dəmir yollarında həyata keçirilən infrastruktur layihələri, islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışıb.
Cəmiyyətin sədri bildirib ki, Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi mühüm layihələrdə fəal iştirakı Azərbaycanı Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi tanıdır. Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya yüklərin çatdırılma müddətini azaltmaq məqsədi daşıyan Şimal-Cənub dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruriləşdirir.
Transxəzər Beynəlxalq nəqliyyat marşrutunun fəaliyyətinə də diqqət çəkən Cavid Qurbanov qeyd edib ki, marşrut boyunca vaqonla daşınan 10-dan çox yük növünə 28 marşrut üzrə güzəştli tariflər, həmçinin konteyner və vaqon daşımalarında vahid qiymət və texnologiya tətbiq olunur.
Bildirilib ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından maksimal dərəcədə istifadə etmək üçün işlər aparılır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut hesab edilir. 2021-ci ildən ilk dəfə olaraq BTQ vasitəsi ilə ixrac yüklərin nəqlinə start verilib.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Maykl Dikerson isə Azərbaycanda dəmir yolu infrastrukturunun yaxşılaşdırılması, beynəlxalq yükdaşıma istiqamətində mövcud dəhlizlər barədə verilən ətraflı məlumata görə təşəkkürünü bildirib. Pandemiya şəraitinə baxmayaraq, hazırda Azərbaycan dəmir yolları ilə əməkdaşlıq edən Amerika şirkətlərinin mövcud əlaqələrin daha da möhkəmlənməsi və bu sahəyə yeni şirkətlərin cəlb edilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı əməkdaşlığın digər perspektivləri ətrafında da müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 31 d. əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur



















.webp)





