İcbari Sığorta Bürosunun 5,7 milyon manatı batdı
KPMG audit şirkətinin qiymətləndirməsinə görə, İcbari Sığorta Bürosunun (İSB) "Bank Standard" QSC-də yerləşdirdiyi 2 mln. 500 min manat və 1 mln. 912 min 900 dollarlıq depoziti geri qaytarmaq mümkün olmayacaq. Bunu açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, "Banklar haqqında" qanunun 82-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür: "Bu növbəliliyə əsasən əvvəlcə fiziki şəxslərin Əmanətlərinin Sığortalanması Fondunun reqress hüququ üzrə tələblər, iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər, iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 6 aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri, müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri, bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki 1 ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər, təminatsız kreditorların tələbləri ödənilməlidir. Ən sonda qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir".
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
A.Cavadov əlavə edib ki, "Bank Standard"ın qeyri-işlək kreditlərinin həcmi təxminən 800 mln. manat təşkil edir. Fondun icraçı direktoru qeyd edib ki, müflis elan edilmiş bu bankın öhdəlikləri 1 mlrd. 153 mln. manat təşkil edir. "KPMG-nin hesabatına görə, İSB-nin "Bank Standard" QSC-dəki depozitlərini geri qaytarmaq mümkün olmayacaq. İndiki vəziyyətdə belə görünür ki, bunun üçün vəsait çatışmayacaq. 5 ildən sonra kimsə gətirib pul ödəyə bilər. KPMG-nin qiymətləndirməsinə görə, bu günə bankın qeyri-işlək kreditlərinə görə 195 mln. manatın daxil olması gözlənilir. Əmanətlərin sığortalanması Fondu isə bu banka görə 445 mln. manat vəsait əldə etməlidir. Reqress hüququna görə, gələn pul fondun hesabına daxil olmalıdır. Amma bu gün məhkəmə prosesində olan qeyri-işlək kreditlər var. Gələcəkdə ola bilsin ki, buna görə böyük məbləğdə vəsait daxil ola bilər. Bankın qeyri-işlək kredit portfelinin həcmi təxminən 800 mln. manatdır. Bu vəsaitlər qaytarılsa, 445 mln. manat Əmanətlərin Sığortalanması Fonduna veriləcək. "Bank Standard"ın öhdəlikləri isə 1 mlrd. 153 mln. manatdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, "Banklar haqqında" qanunun 82-ci maddəsinə əsasən İSB "Bank Standard" QSC-də yerləşdirdiyi depozit təminatsız kreditorların tələbi kimi qeydə alınır. "Bank Standard"ın qeyri-işlək kredit portfelinin həcmi təxminən 800 mln. manat, öhdəliklərinin 1 mlrd. 153 mln. manat olduğunu, təminatsız kreditorların tələbinin ən sonda ödənildiyini nəzərə alsaq, İSB-nin bu bankdakı depozitlərini qeyri qaytarmaq üçün vəsaitin çatışmayacağı aydın görünür.
Qeyd edək ki, İSB-nin 2016-cı il üzrə maliyyə hesabatına əsasən, Büro "Bank Standard" QSC-də 2 mln. 500 min manat və 1 mln. 912 min 900 dollarlıq depozit yerləşdirib.
Xatırladaq ki, ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə "Bank Standard" QSC-nin aktivlərinin qiymətləndirilməsi KPMG audit şirkətinin Azərbaycan nümayəndəliyinə həvalə olunub. "Bank Standard" QSC-nin aktivlərinin qiymətləndirməsi həmin şirkət tərəfindən Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq təşkil edilib.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Qeyd edək ki, "KPMG Azərbaycan" KPMG Avropanın, yəni Rusiya, MDB ölkələri, Almaniya, İngiltərə, İsveçrə, Hollandiya, İspaniya, Belçika, Türkiyə, Norveç, Lüksemburq və Səudiyyə Ərəbistanının audit, vergi və hüquq, məsləhət xidməti praktikalarını əhatə edən "KPMG Europe LLP"-nin tərkibinə daxildir.
KPMG "böyük dördlük" şirkəti olaraq, dünyanın 152 ölkəsində 189 mindən çox əməkdaşa malik olmaqla audit, vergi və məsləhət xidmətləri göstərən peşəkar şirkətlərin qlobal şəbəkəsidir.
4 oktyabr 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Bank Standard" QSC müflis elan edilib və onun barəsində ləğv prosesinə başlanılıb. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilib.
© APA
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 d. əvvəl
-
-
9 d. əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
52 d. əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Mərkəzi Bankın hüquqi ünvanı dəyişib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Ən çox oxunanlar
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim























