Tükənməz dediyimiz təbii sərvət olan qum da sürətlə tükənir – qlobal tikinti sektorunu nə gözləyir?
Növbəti onillikdə planeti ciddi qum qıtlığı gözləyirQum sudan sonra dünyada intensiv şəkildə istehlak olunan ikinci ən böyük təbii xammal, ən çox qazılıb çıxarılan mineral resursdur. Qum dedikdə ixtiyari olaraq gözümüzün önündə Afrikanın ucsuz-bucaqsız Saxara səhrası (Böyük Səhra), Ərəbistan çölləri, eləcə də okean və dənizlərin geniş sahilləri canlanır. Əslində qum gündəlik həyatmızın da vacib inqrediyentlərindən biridir, çünki tikinti sektorunun özəyi olan sement istehsalının əsas xammal bazasını məhz qum təşkil edir.
Qum yolların, körpülərin, nəhəng binaların, yüksək sürətli dəmiryol xətlərinin inşasında, hətta torpaqların yenidən bərpasında ən çox istifadə olunan xammaldır. Qum, çınqıl və doğranan qaya süxurlarının qarışığı birlikdə əridilərək bugün pəncərələrdə, kompüter monitorlarında, smartfonlarda istifadə olunan şüşə istehsalının əsasını təşkil edir.
Bəs bu təbii xammalın qlobal hasilatı, sürətlə tükənən ehtiyatları və onun qlobal tikinti sektoruna təsiri hansı vəziyyətdədir? Marja bu sualın cavabını tapmaq üçün müvafiq araşdırma aparıb.
BMT-nin hesablamalarına görə, qlobal miqyasda sement istehsalı son 20 ildə (2000-2020) təxminən 3 dəfəyə yaxın artmışdır və hazırda illik istehsal 4.1 milyard tona çatır. Çin bu sənayedə illik 2.4 milyard ton istehsal gücü ilə (illik qlobal istehsalın təqribən 58%-i) şəksiz liderdir. Onu bu sırada illik 270 milyon tonla Hindistan və 87 milyon tonla ABŞ izləyir. Çin, Hindistan və digər Asiya ölkələri dünya tikinti qarışıqları istehsalının ümumilikdə 67%-ni təmin edirlər.
Tikinti Qarışıqları üzrə Qlobal İnformasiya Şəbəkəsi (Global Aggregates Information Network) 2030-cu ilə qədər planetdə əhali sayının artımı, urbanizasiya və iqtisadi inkişafın əsas hərəkətverici qüvvə rolunu oynayaraq, tikinti qarışıqlarına tələbatı illik 60 milyard tona çatdıracağını proqnozlaşdırır.
ABŞ, Avropa və Çin tikinti standartlarına görə, hər 1 ton sement istehsalına təxminən 10 tondan artıq qarışıq sərf olunur, bunun isə ən azı 60%-i qumdan ibarətdir. Qlobal sement istehsalının hazırkı həcmini (illik 4 milyard tondan artıq) nəzərə alsaq, il ərzində təxminən 30 milyard tondan artıq qum tədarük edilir. Bu isə hər il bütün planetin ətrafına dolanacaq 27 metr enində və 27 metr hündürlüyündə nəhəng divar çəkməyə yetərlidir.
Qum əsasən səhra və çöllərdə yerləşən karxanalardan, eləcə də çay, göl, dəniz və bəzən okeanlardan qazılıb çıxarılır. Su hövzələrindən qum çıxarılması ümumi hasilatın 20%-nə qədərini təşkil edir. Lakin təkcə bu rəqəm su hövzələrinin dibinin və sahillərinin intensiv istismarı nəticəsində müxtəlif ekoloji problemlərə və hətta bəzi çayların tamamilə qurumasına gətirib çıxarır. Qum hasilatı ilə əlaqədar su hövzələrindəki ciddi ekoloji təhlükələr (çayların quruması, çay yataqlarının dağılması, sahillərin daha tez çökməsi və intensiv daşqınlar, su hövzələrində yaşayan canlıların və balıq növlərinin kütləvi şəkildə məhv olması) özünü Hindistan, Çin, Afrika, Asiya və Cənubi Amerikanın bir sıra ölkələrində daha kəskin şəkildə göstərir.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Cenevrə Qlobal Qum Observatoriyası Təşəbbüsü (GRID) hazırladıqları birgə qiymətləndirmə hesabatında qeyd edirlər ki, növbəti 2-3 ildə qum hasilatı və tədürükünün tənzimlənməsi və limitlərin müəyyənləşdirilməsi ilə bağlı konstruktiv beynəlxalq əməkdaşlığa nail olunmasa, növbəti onillikdə planeti ciddi qum qıtlığı gözləyir, çünki qum ehtiyatları coğrafi olaraq qeyri-bərabər paylanmışdır, bu materialın təbii iqlim və geoloji proseslər nəticəsində əmələ gəlmə müddəti getdikcə artan qlobal tikinti sənayesinin tələbatı qarşısında davam gətirməyəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
31 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 39 d. əvvəl
-
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az























