Sığorta sahəsində Türkiyə ilə əməkdaşlığın predmetləri müəyyənləşib
Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin rəhbər heyəti arasında zoom-konfrans keçirilib.
ASA-dan verilən məlumata görə, görüşdə iki qardaş ölkə arasında sığorta sahəsində qurulmuş əməkdaşlıq çərçivəsində ilk mərhələdə həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev konfransı giriş sözü ilə açaraq Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin sığorta sahəsində də təmin olunduğundan məmnunluğunu bildirib. Ötən ilin dekabr ayında iki qurum arasında imzalanmış rəsmi Memorandum çərçivəsində qurulan əməkdaşlığın hər iki ölkənin sığorta bazarı üçün səmərəli olacağını vurğulayıb.
Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli də bu əməkdaşlığı yüksək qiymətləndirdiyini və növbəti mərhələdə münasibətlərin dinamik formada təmin edilməsində maraqlı olduğunu qeyd edib. Qardaş ölkənin sığorta requlyatorunun sədri Azərbaycanda sığorta sahəsində Türkiyə təcrübəsinin tətbiq olunması üçün qurum olaraq bütün imkanlarını səfərbər edəcəklərini bildirib.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev qurulmuş əməkdaşlıq çərçivəsində fəaliyyət planının ən tez zamanda tərtib olunmasını zəruri hesab etdiyini vurğulayıb. İcraçı direktor, imzalanmış Memoranduma əsasən ilk mərhələdə kadr və təcrübə mübadiləsinin həyata keçirlməsinin uğurlu ola biləcəyini qeyd edib.
TSB-nin İcraçı direktoru Özgür Obalı azərbaycanlı sığortaçıların Türkiyədə təcrübəyə cəlb olunması ilə bağlı bütün lazımi addımları ata biləcəklərini bildirib.
Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin rəhbər heyəti, hər iki ölkədə COVID-19 pandemiyası səbəbilə həyata keçirilən vaksinasiya proseslərindən sonra canlı görüşlərin keçirilməsi ilə bağlı razılığa gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 7 d. əvvəl
-
- 9 d. əvvəl
- 18 d. əvvəl
-
32 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti






























