Elektron ticarətlə məşğul olanlara Beynəlxalq Bankdan dəstək
(®️) Elektron ticarətini quran, eləcə də Azərbaycan Beynəlxalq Bankının digər nağdsız ödəniş imkanlarından faydalanan sahibkarların işini asanlaşdırmaq, bizneslərinin inkişafına dəstək olmaq məqsədilə Bank yeni kredit məhsulunu onlara təqdim edib. “E-COM və E-POS Terminal kredit xətti” adlanan kreditdən Bankın POS-terminal, Smart kassa və E-commerce sisteminin bütün istifadəçiləri faydalana bilərlər.
Bu kreditin əsas üstünlükləri sərfəli faizləri, rəsmiləşdirmə prosesinin maksimum rahatlığı və operativliyidir. Kreditin rəsmiləşdirilməsi zamanı əlavə maliyyə təhlilinə ehtiyac qalmır. Sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitini qısa zamanda əldə edə bilirlər. Bu məhsul iş adamlarının dövriyyə kapitalının dəstəklənməsinə xidmət edir.
Kreditin özəllikləri:
-Məbləğ: 5000 AZN-dən 350 000 AZN-dək
-Müddət: 12 ay
-İllik faiz dərəcəsi: 12%-dən başlayaraq
-Təminatsız
“E-COM və E-POS Terminal kredit xətti”nin imkanlarından faydalanmaq istəyən sahibkarlar Azərbaycan Beynəlxalq Bankının istənilən filialına müraciət edə bilərlər. Kredit barədə əlavə məlumatları buradan öyrənmək mümkündür.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
-
36 d. əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
41 d. əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
42 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
2 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib


























