İnvest-AZ İnvestisiya Şirkəti 2020-ci ili uğurla başa çatdırıb
2020-ci ilin sonuna şirkətin bölüşdürülməmiş mənfəəti 1,8 milyon manata çatıb.Koronavirus pandemiyası səbəbindən 2020-ci il bütün dünyada olduğu kimi Azərbaycanda bir çox biznes sahələri üçün çətin dövr kimi yadda qaldı.
Çətinliklərə baxmayaraq İnvest-AZ İnvestisiya Şirkəti ötən, 2020-ci ili uğurla başa vuran şirkətlərdəndir.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 2020-ci ilin sonuna şirkətin bölüşdürülməmiş mənfəəti 1,8 milyon manata çataraq fəaliyyət dövrü ərzində «İnvest-AZ»ın ən yüksək göstəricilərdən biri olub.
Bu, həmçinin sektor üzrə də ən yüksək göstəricilərdən biridir.
2020-ci ilin nəticələrinə əsasən şirkətin mənfəətinin aktivlərə (ROA) və məcmu kapitala (ROE) nisbətləri müvafiq olaraq 24% və 75% təşkil edib.
Ümumilikdə, əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə şirkətin gəlirləri 6,82% artıb, xərclərə isə optimallaşdırılma sayəsində 7% qənaət edilib.
İnvest-AZ İnvestisiya Şirkəti 2020-ci ildə bəzi daxili fəaliyyət proseslərində də yeniliklər həyata keçirib.
Şirkətdə struktur dəyişiklikləri baş verib, yeni Müşahidə şurası və Audit komitəsi təsis edilib.
Bir sıra mövcud layihə və alətlər təkmilləşdirilib.
Belə ki, tətbiq edilən texnoloji yeniliklər nəticəsində istifadəçilər üçün hesabın açılması prosesi daha rahat hala gətirilib.
İnvest-AZ İnvestisiya Şirkətində ilk dəfə olaraq ASAN İMZA vasitəsilə onlayn şəkildə ticarət hesabı açmaq artıq mümkündür.
Bununla yanaşı, pandemiya dövrünün tələbləri və müasir tələbatlar nəzərə alınaraq Maliyyə Məsləhəti xidmətləri tamamilə telekonfrans şəkildə həyata keçirilib.
Həmçinin, mövcud vəziyyətə uyğun olaraq Tədris və Maliyyə savadlılığının artırılması prosesi də tam olaraq onlayn təlim formasında həyata keçirilib.
Ötən il ərzində «İnvest-AZ»ın 50-dən artıq ödənişsiz təlim vebinarları ilə ümumilikdə 1000 nəfərə yaxın vətəndaşımızı maliyyə bazarları ilə bağlı maarifləndirilib.
Həmçinin, bu sahəyə maraq göstərənlərin daha da peşəkar olmaqları üçün təlimlərə cəlb edilib.
Ötən ilin iqtisadi böhran və sosial çətinliklərlə keçməsinə baxmayaraq, 2020-ci il ölkəmiz üçün özəl və arzu olunan bir il oldu. Azərbaycan Ordusu düşmən üzərində tarixə yazılacaq qələbə qazanaraq Qarabağı azad etdi.
Bu hadisənin müsbət təsiri 2021-ci ilin ilk aylarından özünü göstərməyə başlayıb. Belə ki, artıq bu ilin ilk ayında əməliyyat həcmlərinin artımı müşahidə edilir. Bu müsbət artım tendensiyasına il ərzində sadiq qalacağına əminlik hissi ilə İnvest-AZ şirkəti, daha perspektivli layihələr və planlar üzərində işləyir.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
38 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 45 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma














.jpg)






