Pakistan Milli Bankının Bakı filialının zərəri 47% azalıb
Pakistan Milli Bankının Bakı filialı 2020-ci ili 212 min manat zərərlə başa vurub.
Filialın maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 47,1% azdır.
Ötən il Pakistan bankının gəlirləri 607 min manat (40,2% çox), xərcləri 821 min manat (5,3% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2 min manat (93,9% az) təşkil edib.
Bu il yanvarın 1-nə Bakı filialının aktivləri 12 milyon 455 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,5% çoxdur. Bunun 631 min manat müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 3,7% kiçilib.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 6,95 dəfə artaraq 2 milyon 923 min manata, o cümlədən depozit portfeli 7,2 dəfə artaraq 2 milyon 912 min manata çatıb, balans kapitalı isə 2,2% azalaraq 9 milyon 532 min manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 13 d. əvvəl
-
27 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"


























