Avro və funtun bahalaşacağı proqnozlaşdırılır
Beynəlxalq valyuta birjalarında Almaniya və İngiltərədən dərc edilən sürpriz inflyasiya göstəricilərindən sonra EUR/USD və GBP/USD məzənnələri yenidən dəstək görməkdədir.
Təhlillərə əsasən, avro 1.2141 səviyyəsinin qırılması ilə 1.22$-a kimi bahalaşa bilər. Funtun isə 1.37$-ın qırılması ilə 1.38$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır. Enerji birjalarında Brent nefti də 56.26$-ın dəf edilməsi ilə növbəti maksimumlarını yeniləyərsə, bu, funtun qiymətinə də əlavə dəstək olacaqdır.
Foreks bazarlarında dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da dəyər qanamasına səbəb olur. 1881$-ın qırılması ilə bir unsiya üzrə qiymət 1915$-a kimi bahalaşa bilər.
Bununla yanaşı, investorlar bu gün Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının (AMB) mətbuat konfransını böyük maraqla gözləyirlər. Burada bank sədrinin gələcək proqnozları və siyasətinə dair açıqlamaları diqqət mərkəzində olacaqdır.
Türkiyə Mərkəzi Bankı (TCMB) da faiz qərarını dərc edəcək. Maliyyə bazarlarında siyasətdə dəyişiklik proqnozlaşdırılmasa da, sürpriz artım açıqlaması, lirənin bahalaşmasına səbəb ola bilər.
USD/TRY məzənnəsi təqribən son bir aydır 7.50 - 7.30TL aralığında dalğalanmaqdadır və görünən odur ki, treyderlər TCMB-nin qərarı öncəsi mövqelərində tələsmək istəməyiblər. Texniki mənzərə 7.30 səviyyələrinin qırılması ilə ucuzlaşmanın orta müddətli perspektivdə 7TL səviyyələrinə kimi davam edəcəyini ehtimal etməyə əsas verir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















