“Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı ilk dərslik
Ölkədə ilk dəfə olaraq rəqəmsal ödənişlər sahəsində uzun illər ərzində toplanmış təcrübəni özündə əks etdirən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və onun tədris proqramı dərc olunub.
Dərslik, Bank of Baku-nun “Ödəniş sistemləri departamenti”nin direktor müavini Tamerlan Rüstəmov və Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi Xəyaləddin Tağıyevin birgə əməyi sayəsində hazırlanıb.
Müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf edən rəqəmsal ödənişlərlə bağlı həm nəzəri, həm praktiki bilik və təcrübələri özündə əks etdirən bu dərslikdə “hörümçək toru” prinsipi və onun şərhi, habelə ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətlərinin xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətlərinə dair geniş məlumatlar yer alıb. Həmçinin, real təcrübəyə əsaslanan bu dərslikdə elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər sahəsində innovativ həllər və tgexnologiyalar, habelə fırıldaqçılıq əməliyyatları və onlara qarşı mübarizə tədbirləri də qeyd edilmişdir.
Ölkəmizdə bu sahədə ilk dəfə nəşr olunan dərslik cəmiyyətimizdə rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri üzrə maliyyə savadlılığının yüksəldilməsi, ödəniş ekosistemində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi baxımından mühüm rol oynayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







