Qazaxıstan strateji özəlləşdirməyə başlayır
2007-2009-cu illər maliyyə böhranı zamanı Qazaxıstanın milli gəlirinin yarısına bərabər olaraq yaradılan "Samruk-Kazyna" Fondu dəyişikliklər proqramının həyata keçirilməsinə hazırlaşır.
"Bloomberg" agentliyi xəbər verir ki, fondun İdarə Heyətinin sədri Berik Beysenqaliyevə görə, ilkin mərhələdə fondun nəzarətində olan kiçik şirkətlər satılıb, bəziləri ləğv edilib, bəziləri isə hələ satış mərhələsindədir. Bu ilin sonuna qədər fondun tərkibində olan şirkətlərin sayı 2 dəfə azalaraq 300-ə endiriləcək. Ümumiyyətlə, Qazaxıstanın büdcə kəsirini örtmək üçün neftin 71,5 dollar/barel səviyyəsində olması lazımdır.
Xatırladaq ki, "Samruk-Kazyna" 60 mlrd. ABŞ dolları həcmində aktivlərə və 360 min nəfər işçi sayına sahib olan fonddur. O, ölkə investisiyalarının 25%-ni həyata keçirir.
Fondun rəhbərinin sözlərinə görə, 2018-ci ildə başlayacaq özəlləşdirmədə "Air Astana", "Kazatomprom" kimi nəhəng şirkətlər yer alacaq. Özəlləşdirmə prosesində dövlət adıçəkilən şirkətlərdə payını 51% qoruyaraq əsas səhmdar statusuna sahib olacaq.
Daha sonra "Kazmunayqaz", "Samruk-Energo"nun özəlləşdirilməsi nəzərdə tutulub. Bu şirkətlərin 2020-ci ildə özəlləşdirilməsi nəzərdə tutulsa da, buna tam zəmanət verilməyib. "Kazaxtelekom" və "Tay-Ken Samruk" dağ-mədən şirkətləri üçün isə strateji investor axtarılacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)





