"İvanovka" süd məhsulları yararsız çıxdı - FOTOLAR
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Binəqədi şosesində yerləşən, fiziki şəxs İmaməliyev Kənan Camal oğluna məxsus süd və süd məhsullarının istehsalı və emalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisədə ticarət şəbəkələrindən qaytarılan son istifadə tarixi bitmiş, istehlaka yararsız məhsulların ("İvanovka" brendilə satılıb) təkrar emaldan keçirilərək satışa çıxarıldığı məlum olub. Yoxlama zamanı polimer qablaşdırma materialların müşayiətedici sənədlərində birdəfəlik istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, adıçəkilən qabların təkrar yuyularaq istifadə edildiyi aşkar olunub.
Keçirilən baxış zamanı üzərində heç bir etiketlənmə aparılmayan 6680 kq süd məhsulu, həmçinin təkrar istifadə olunan 944 ədəd polimer qab və markalanma tələblərinə cavab verməyən 51,2 kq etiket aşkarlanıb. Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi












.jpg)






