Yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası inşa olunur
Naxçıvan muxtar respublikasıda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir, gələcək perspektivlər də nəzərə alınaraq yeni günəş və su elektrik stansiyaları inşa olunur.
Marja xəbər verir ki, bu istiqamətdə görülən işlərin nəticəsidir ki, blokada şəraitində olan muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranıb.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu sahədə aparılan işlər hazırda uğurla davam etdirilir. Muxtar respublikada ilk dəfə olaraq Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir. Burada 3400 ədəd 280 vatt gücündə günəş panellərindən və 5 ədəd 10 kilovat gücündə külək generatorundan, 50 kilovat gücündə 20 günəş və 10 kilovat gücündə olan 5 külək invertorlarından istifadə ediləcək.
Qeyd edək ki, hazırda quraşdırılma işləri davam etdirilir, stansiya hələlik ümumi olaraq 1 meqavat gücündə layihələndirilib və gələcək perspektiv plana uyğun olaraq gücün artırılması nəzərdə tutulub. dStansiyada 1 ədəd 1250 kilovat gücündə transformator yarımstansiyası quraşdırılıb, 3 hektardan çox ərazidə inşa olunan stansiyanın tikinti-quraşdırma işləri yüksək keyfiyyətlə aparılır. Ərazidə günəş panellərinin yerləşdirilməsi üçün dəmir strukturlar da yerləşdirilib, külək turbinlərinin bünövrəsi qoyulub. Həmçinin burada yarımstansiya və idarəetmə binası da tikilib, artıq stansiyada son tamamlanma işləri aparılır. Yaxın vaxtlarda istifadəyə veriləcək yeni Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası muxtar respublikamızın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
















.jpg)
