Problemli kreditlərdə son 5 ildə bir ilk
Problemli kreditlərin məbləği 1 milyard manadan da aşağı düşdü2020-ci ilin Noyabr ayında Azərbaycanın kredit təşkilatlarındakı ödəmə vaxtı keçmiş kreditlərin (problemli kreditlər) məbləği 83 milyon 607 min manat və ya 8,3% azalaraq 922 milyon 916 min manata düşüb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, Oktyabr ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 6 milyon 523 min manat, 2019-cu ilin sonunda isə 1 milyard 273 milyon 7 min manat təşkil etmişdi. Təxminən son 5 ildə ilk dəfə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard manatdan aşağı düşüb. Sonuncu dəfə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard manat səviyyəsindən aşağı 2014-cü ilin Dekabr ayında qeydə alınmışdı.
Problemli kreditlər cari ilin 11 ayı ərzində 350 milyon 151 min manat azalıb.
2020-ci ilin Noyabr ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında (14 milyard 681 milyon 276 min manat) xüsusi çəkisi 6,3% təşkil edib. Oktyabr ayının sonunda bu nisbət 6,8%, 2019-cu ilin sonunda isə 8,3% idi.
Qeyd edək ki, Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında cəmi kredit qoyuluşları 104 milyon 664 min manat azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
10 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 13 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb

















.jpg)







