Azərbaycanda dollar bolluğu gözlənilir - cari profisit 2025-dək kəskin artacaq
2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 104,8 milyon ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 0,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır.
Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.
Uzunmüddətli proqnozlara əsasən, 2022-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisitinin 8,1 dəfə artaraq 847,9 milyon dollara və ya ÜDM-in 1,8%-nə çatacağı gözlənilir. 2023-cü ildə sözügedən göstəricinin artıq 1 milyard 950 milyon dollara (ÜDM-in 3,8%-i), 2024-cü ildə isə 2 milyard 408 milyon dollara (ÜDM-in 4,5%-i) bərabər olacağı güman edilir.
Faktiki göstəricilər gəldikdə, Azərbaycan Mərkəzi Bankının yeni hesabatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri 208,3 milyon ABŞ dolları və ya ÜDM-in 0,7%-ni təşkil edib. 2019-cu ildə profisit ÜDM-in 9,1%-nə və ya 4 milyard 364 milyon dollara bərabər olub.
Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.
Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
17 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
46 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
54 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)






.jpg)







