Azərbaycanda pandemiya və karantin rejimi - YARDIM 2 MİLYARD DOLLARI KEÇİB
Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyası və bu səbəbdən ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində ayrılan maliyyə yardımının ümumi həcmi 2 mlrd. ABŞ dollarından çoxdur.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən "KPMG Azerbaijan" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında çıxış edərkən deyib.
Nazir qeyd edib ki, sosial dəstək tədbirləri indiyədək 5 milyona yaxın insanı əhatə edib və 14 dekabrdan ölkədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq əhaliyə ödənişlər formasında yenidən dəstək göstəriləcək: "Yeni sərtləşdirici tədbirlərin tətbiqi ilə əlaqədar əhaliyə yenidən ödənişlər ediləcək. Ümumilikdə, sözügedən sərtləşdirici tədbirlər ölkə üzrə 458 min işçini əhatə edib. Ümumi dəstək paketinin dəyəri 2 mlrd. dollardan çoxdur və mikrobizneslərə və sosial paketinin hissəsi olan işsizlərə yönəlir".
M. Cabbarovun sözlərinə görə, maliyyə dəstəyi paketi 300 min mikrobiznesi və 11 500 korporativ vergi ödəyicilərini əhatə edib. Nazir əlavə edib ki, indiyədək Azərbaycan hökuməti COVID-19 pandemiyasından zərər çəkən özəl sektordakı bizneslərə 200 mln. manatdan çox maliyyə yardımı göstərib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)




.jpg)







