Tender qalibi dövlətdən böyük məbləğdə vəsait alacaq
“Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs “Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı və onunla əlaqədar mal, iş və xidmətlərin satın alınması” üçün elan etdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət “ARİS” MMC-dir. Agentlik qalib şirkət ilə məbləği 3 milyon 498 min 316.5 manat olan müqavilə imzalayıb.
Qalib şirkət "Proqram təminatının öyrədilməsi üzrə təlim", "Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı (lisenziya)", "Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatının quraşdırılması və sazlanması" və "Təqdim olunan struktur məlumatlarının emal olunaraq sistemə inteqrasiya olunması" işlərini həyata keçirməlidir.
2018-ci ildə Bakı şəhərinin Yasamal rayonunda yaradılmış “ARİS” MMC 100 manat nizamnamə kapitalına malikdir. Şirkətin qanuni təmsilçisi Ruslan Haqverdiyevdir.
İndiyədək "ARIS" MMC "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, MMC-nin, və "BakuBus" MMC-nin elan etdiyi tenderlərdə qalib olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)



.jpg)








