Tanınmış diktor Sabir Ələsgərov vəfat edib
Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.
Bunu əməkdar jurnalist, professor Qulu Məhərrəmli təsdiqləyib.
O qeyd edib ki, S.Ələsgərov bu gün 84 yaşında vəfat edib və dəfn olunub: "Sabir Ələsgərov bizim televiziyamızın və radiomuzun tarixində özünəməxsus dəsti-xətti olan, bir çox verilişlərin aparıcısı və diktor məktəbimizin çox parlaq nümayəndəsi kimi yaddaşlarda qalacaq".
Qeyd edək ki, Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. "Xәbәrlәr" informasiya proqramının, "Sәadәt", "Günün nәbzi", "Sәfa" vә s. verilişlәrin daimi aparıcısı olub. Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb






.jpg)
.jpg)




.jpg)






