Dollar/Türk Lirəsində yeni rekord - YENİLƏNİB
Türk Lirəsi həftənin əvvəlindən bu yana dollar qarşısında 3%-dən çox dəyər itirərək 24 inkişaf edən ölkənin valyutaları arasında ən çox ucuzlaşan pul vahididir.
Marja xəbər verir ki, Dollar/TL məzənnəsi rekord yeniləyərək 8.26 səviyyəsini də aşaraq 8.2620-ni görüb (Bakı vaxtı ilə saat 12:40-a olan məlumat).
Türk Lirəsi, Türkiyə Mərkəzi Bankının (TCMB) son yığıncağında faizini artırmaması və siyasi narahatlıqlar ilə dəyərdən düşməkdə davam edir.
Türkiyə ilə Avropa Birliyi və ABŞ arasında gərginliyin daha da arta biləcəyi narahatlıqları Lirənin dəyərdən düşməsi ilə nəticələnir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftənin sonu, ABŞ-a, "sanksiyan nədirsə gecikmədən tətbiq et" ifadəsinin ardından, bazar ertəsi Fransa Prezidenti Emmanuel Macrona Müsəlmanlara qarşı rəftarı ilə əlaqədar olaraq "psixikasının müalicəyə ehtiyacı" olduğu ifadəsini təkrarlayıb. Ərdoğan Fransa mallarına boykot çağırışı da edib.
Türkiyə Mərkəzin Bankının 2020-ci il sonu inflyasiya proqnozunu 8,9%-dən 12,1%-ə yüksəltməsi də Lirənin ucuzlaşmasını sürətləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 saat sonra
-
-
2 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
10 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
12 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)









.jpg)






