TuranBankın mənfəəti 4 dəfədən çox artıb
Turanbank ASC 2020-ci ilin 9 ayını (yanvar-sentyabr) 1 milyon 414 min manat mənfəət ilə başa vurub. 2019-cu ilin eyni dövrü ilə müqayisədə Bankın mənfəəti 4,3 dəfə artıb. Turanbank 2019-cu ilin 9 ayını 329 min manat mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja xəbər verir ki, 2020-ci ilin 9 ayında Turanbankın cəmi əməliyyat gəlirləri 30 milyon 111 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 419 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Turanbankın 1 milyon 692 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətindən 278 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Beləliklə, Bank cari ilin 9 ayını 1 milyon 414 min manat mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayında Turanbankın cəmi əməliyyat gəlirləri 28 milyon 181 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 520 min manat, əməliyyat mənfəəti 661 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 332 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı.
GƏLİRLƏRİ XƏRCLƏRİNDƏN DAHA ÇOX ARTIB
Bankın əməliyyat gələrilərinin 1 milyon 930 min manat artması ilə bərabər əməliyyat xərcləri 899 min manat artıb. Gəlirlərin xərclərdən 1 milyon 31 min manat çox artması əməliyyat mənfəətinin bu qədər çox olmasını təmin edib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Turanbank böyüməkdə davam edib. Müştərilərə verilən kreditlər 30 Sentyabr 2019-cu il tarixi ilə müqayisədə 7 milyon 444 min manat artaraq 30 Sentyabr 2020-ci il tarixində 342 milyon 811 min manat təşkil edib. Bankın aktivləri isə 33 milyon 529 min manat artaarq 551 milyon 526 min manata çatıb.
MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ ARTIB
Turanbankda müştərilərin depozitləri29 milyon 727 min manat artaraq 286 milyon 270 min manata yüksəlib.
30 Sentyabr 2020-ci il tarixində Turanbank 78 milyon 218 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda Bankın məcmu kapitalı 76 milyon 821 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 27 d. əvvəl
-
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib






















