"Citibank": Neftin qiyməti 2017-ci ildə 70 dollar/bareli keçə bilər
OPEC və kartelə üzv olmayan 11 neft hasilatçısı olan ölkələr Vyana anlaşmasına tam əməl edərsə, 2017-ci ilin ilk rübündə dünya neft ehtiyatları 1/3-i azala bilər.
Bu proqnoz ABŞ-ın məşhur "Citibank"ına aid olan hesabatda yer alıb.
Proqnozun müəllifi olan "Citigroup"un Əmtəə bazarlarının araşdırılması Departamentinin rəhbəri Ed Mors bildirib ki, anlaşma neft bazarında tezliklə tarazlığın bərpa olunacağını göstərir: "Biz 2017-ci ildə neftin orta qiymətinin 60 dollar/barel səviyyəsində olacağına çox əminik. Hətta bəzi hallarda neft 70 dollar/bael səviyyəsini də ötə bilər".
Hesabatda həmçinin qeyd olunub ki, neft hasilatçısı olan ölkələr əldə etdikləri razılaşmaya tam əməl etməsə də, yəni hasilatı gündəlik 1,8 mln. barel azaltmasalar belə neft ehtiyatları proqnozlardan daha sürətlə azalacaq. Qlobal neft ehtiyatlarının bir hissəsi Çin və Hindistanın ehtiyatlarının artırılmasına və yeni neft emalı zavodlarına yönələcək.
"Əlbəttə ki, anlaşmaya əməl olunmaması riskləri də var. Əgər Liviya və Nigeriya hasilatlarını gözləniləndən daha sürətlə bərpa etsə və ya ABŞ-ın şist neft hasil edən şirkətləri hasilatı proqnozlardan tez və sürətlə artırsalar, neft qiymətləri təzyiqlə üzləşə bilər", - deyə analitik qeyd edib.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)







