"Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, biz Türkiyənin hərbi imkanlarından istifadə edə bilərik"
“Bu haqda bu günə qədər bizim ikitərəfli münasibətlərdə məsələlər müzakirə olunmayıb”.
Bunu bu gün Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.
Dövlət başçısı deyib ki, bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var: “Bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir. O cümlədən bu müqavilələrdə hərbi sahədə əməkdaşlıq və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması haqqında hər hansı müzakirə olmayıb”. Prezident İlham Əliyev qeyd edib ki, bizim hərbi sahədə əməkdaşlığımız ildən-ilə güclənir: “Təkcə keçən il 10 birgə hərbi təlim keçirilib. Bu il koronavirusa görə bir az ara verildi və yalnız iki dəfə təlim keçirilib. Ancaq bu hərbi təlimlər də bizim bölgəmizdə böyük əndişə yaratdı. Hesab edirəm ki, bu əndişənin heç bir səbəbi, əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi - bu mənanı daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günə qədər beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan əməkdaşlığı o qədər güclüdür, o qədər geniş şaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
2 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 25 d. əvvəl
- 31 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI

























