“Ermənistan zənn edir ki, bu xain zərbələr bizi durduracaq, bizi heç kim durdura bilməz”
“Ermənistan tərəfinin mülki əhalini və obyektləri hədəf almasında məqsəd xalq arasında təşviş, xaos, qorxu yaratmaqdır. Bu gün Azərbaycan tamam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm fiziki cəhətdən güclü insanlar yetişib”.
Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı deyib ki, eyni zamanda yaşlı nəsil də bu gün tam başqa dünyagörüşünə malikdir: “Dövlətimizin güclü iradəsi var, güclü Ordumuz var. Məhz buna görə bu xain hücumlar bizim iradəmizi sındıra, qıra bilmədi. Ən çox erməni vəhşiliyindən zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb və Tərtər şəhəri balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil. Bu gün səhər mənə verilən məlumata görə, səhər saat 07:00-dan 09:30-dək - 2 saat yarım ərzində Tərtər şəhərinə 100-dən çox mərmi düşüb. Amma tərtərlilər bir dağ kimi, yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər: öldü var, döndü yoxdur. Ağdamda da, Goranboyda da, Ağcabədidə də, təmas xəttinə daha yaxın olan bütün başqa bölgələrdə də həmçinin... Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. 2016-cı ildə məşhur Aprel döyüşlərindən sonra mən erməni vəhşiliyindən zərər çəkmiş bölgələrə getdim. Bir kəndə getdim, hansı ki, o kənddən erməni mövqelərinə məsafə 100-150 metr idi. Bizim hərbçilər mənə dedilər ki, ora getməyin, ora təhlükəlidir. Dedim ki, orada bizim insanlar yaşayır. Onlar üçün təhlükəli deyilmi?! Onlar nə qədər cəsarətli, nə qədər qürurlu insanlardır ki, orada yaşayır, düşmənin atəşi altında yaşayır, qurur, övladlarını böyüdür. Azərbaycan xalqı bu xalqdır. Ona görə də bu xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz”.
Dövlət başçısı nəzərə çatdırıb ki, Ermənistanın digər məqsədi də bizi durdurmaqdır: “Onlar zənn edirlər ki, bu xain zərbələr bizi durduracaq. Bizi heç kim durdura bilməz. Çünki biz haqq yolundayıq və bu yolu uğurla davam edirik, bayrağımızı qaldırırıq, torpaq bütövlüyümüzü bərpa edirik və sona qədər bu yolu gedəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 34 d. sonra
-
16 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 17 d. əvvəl
-
-
24 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
30 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
42 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 46 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb



























