“Dağlıq Qarabağdakı ermənilər daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar”
“Dağlıq Qarabağda yaşayan ermənilərin canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar”.
Marja xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.
Prezident İlham Əliyev qeyd edib ki, barışdan sonrakı dönəmlə bağlı Azərbaycanın mövqeyində hər hansı dəyişiklik yoxdur:
“Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarı ilə bu məsələ Minsk Qrupu çərçivəsində artıq 5 rayon, ondan sonra 2 rayon olaraq təsbit edilib. Ondan sonra Dağlıq Qarabağın içindən - Şuşadan, Xankəndidən və orada bir çox kəndlərdə ki, azərbaycanlılar yaşayıb ora Azərbaycan vətəndaşları qayıdır. Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində artıq biz sülhə daha da yaxınlaşacağıq. Ona görə biz orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını biz o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və onların rifahı artacaq. Çünki orada indi səfalət hökm sürür. Biz oraya investisiya da qoyarıq, biz orada sosial proqramları da icra edərik. İş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi, dini abidələrini yerlə bir etmək və ondan sonra buranın qədim Ermənistan torpağı olduğunu elan etməkdir. Halbuki ermənilər ora çar Rusiyası tərəfindən XIX əsrin əvvəllərində köçürülüb. Bu, tarixdir, bu tarixi biz bilirik. Ona görə bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycan xalqı bu mövqeyi bilir və bunu dəstəkləyir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 35 d. sonra
-
15 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 16 d. əvvəl
-
-
23 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
29 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
41 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 45 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























