“İndi getsin, onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın, nə gündədir o”
Bəs nə oldu Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” bütün işğal edilmiş torpaqları o cümlədən əhatə edir. Bəs gəl müdafiə et bunları. Nə qaçırsan Moskvaya? Nə zəng edirsən dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə bir şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər anekdot personajına çevrilib. Açın baxın sosial şəbəkələrə baxın. Lağa qoyurlar, ələ salırlar, anekdotlar qoşurlar. Öz ölkəsini bu qədər rəzil edın bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə, çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir.
Prezident İlham Əliyev bunu xalqa müraciətində deyib.
“Ona görə mən Azərbaycan xalqına da üzümü tutub deyirəm, biz torpaqlarımız geri alacağıq. Mən xatırlayıram, Dağlıq Qarabağda qanunsuz oturan və oradan çıxarılacaq dəstə başçısı özünə “andiçmə” mərasimi keçirmişdi Şuşa şəhərində. O vaxt Azərbaycan cəmiyyətində bu, böyük rezonans yaratdı, yəni çox böyük təsir etdi. Biz bunu təhqir kimi qəbul etdik. Biz hamımız, istisnasız. Mənə də, yadımdadır, çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalamayıq, oranı dağıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin baxsın, onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın, nə gündədir o”, - deyə Azərbaycan Prezidenti bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 34 d. sonra
-
16 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 17 d. əvvəl
-
-
24 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
30 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
42 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 46 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























