Danone: Yoxlamalardan uğurla keçmişik, tələbləri yerinə yetiririk
“Danone Rusiya” şirkəti Azərbaycandakı nümayəndəliyi vasitəsilə, guya şirkətin ətraf mühit standartlarını pozduğu barədə məlumata rəsmi cavab verib.
"Danone" şirkətinin Azərbaycan nümayəndəliyi “Danone” MMC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Rusiyadakı “Danone” şirkəti, hələ 2015-ci ildə Rusiya Federasiyasında (RF) ilk olaraq istehlak xüsusiyyətlərini itirdikdən sonra utilizasiya edilməli olan malları, o cümlədən qablaşdırmanı bəyan etməyə və onların utilizasiya normativlərinin yerinə yetirilməsi barədə hesabat verməyə başlamışdır:
“Biz qablaşdırma tullantılarının emalı və utilizasiyası - istehsalçının genişləndirilmiş məsuliyyəti üzrə öhdəliklərimizi hətta qanunvericilikdə onların icra edilməməsinə görə inzibati məsuliyyət (cərimələr) nəzərdə tutan maddə çıxmazdan əvvəl yerinə yetirirdik. “Rosprirodnadzor” (Təbii Sərvətlərdən İstifadəyə Nəzarət üzrə Federal Xidmət) bu faktları təsdiq edən zəruri sübutlara malikdir. “Rospotrebnadzor”a müvafiq qeydlərlə təqdim etdiyimiz bütün hesabatlar bizdə də mövcuddur və əlbəttə ki, hər hansı bir nəzarət orqanının rəsmi sorğusuna əsasən onları təqdim etməyə hazırıq.
Bundan əlavə, biz dəfələrlə “Rosprirodnadzor”un yoxlamalarından uğurla keçmişik, bu da təsdiq edir ki, biz GİM-nin (genişləndirilmiş istehsalçının məsuliyyəti) tələblərini qanuna uyğun olaraq lazımi qaydada yerinə yetiririk.
Şirkət öz öhdəliklərini artıq beşinci ildir ki, Rusiya Federasiyasında bu qanunvericilik tələbinin yarandığı vaxtdan yerinə yetirir. Biz, emal şirkətləri olan tərəfdaşlarımızla birgə hərəkət edərək GİM-ni müstəqil həyata keçirməkdəyik. Əlavə olaraq, bu il, regional operator-partnyorlarımız və qeyri-kommersiya şirkətləri ilə birlikdə Rusiyada “Yaşıl Şəhərlər” layihəsi çərçivəsində plastik tullantıların ayrıca toplanması üçün sistemimizi işə salmışıq. Lipetsk Pilot şəhəri oldu, hazırda həmin layihənin digər şəhərlərə doğru genişləndirilməsi məsələsi nəzərdən keçirilir. “Rospotrebnadzor”a müvafiq qeydlərlə təqdim etdiyimiz bütün hesabatlar bizdə də mövcuddur və əlbəttə ki, hər hansı bir nəzarət orqanının rəsmi sorğusuna əsasən onları təqdim etməyə hazırıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








