Bank VTB-nin Çağrı Mərkəzinin telefonları susmur
2017-ci ilin 1-ci rübündə VTB (Azərbaycan)-ın Çağrı Mərkəzinin (Call Center) operatorları bankın müştərilərindən 15 000-dən çox zəng qəbul edib, telefonla verilən məsləhətlərin ümumi müddəti 21 min dəqiqə və ya 350 saat təşkil edib. Bu barədə "Marja"ya Bankdan bildirilib.
Məlumata görə, müştərilərin ən çox müraciət etdiyi müddət saat 11:00-dan 15:00-dək qeydə alınıb. Gün ərzində operatorlar orta hesabla 300 sorğuya cavab verib, bu zaman operatorun cavabını gözləmə müddəti orta hesabla 23 saniyə, sorğunun həllinə sərf olunan vaxt isə 2 dəqiqə təşkil edib. Daxil olan sorğuların böyük hissəsi bankın tarifləri, məhsulların şərtləri, seyf qutuları, internet-bankinq xidmətinə qoşulmaq barədə olub.
Hazırda 986 qısa nömrəli Çağrı Mərkəzi bankın müştəriləri ilə daimi əlaqə saxlamaq üçün əsas kommunikasiya vasitələrindən biridir. Müştərilər bankın qaynar xətti ilə əlaqə saxlayaraq unikal müştəri kodu vasitəsilə öz hesabları barədə bütün məlumatları əldə edə bilər. Çağrı Mərkəzinin operatorları həmçinin plastik kartların buraxılışı, kreditlərin verilməsi, depozitlərin yerləşdirilməsi üzrə onlayn sifarişlər qəbul edir və bankın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində suallara cavab verir. Çağrı Mərkəzinin operatorları nəinki zəngləri qəbul edir, həmçinin bankın saytındakı zəng sifarişi funksiyası sayəsində müştərilər üçün rahat olan vaxtda zəng edib, onları maraqlandıran sualları cavablandırırlar.
“Operatorların işinin vacibliyini və məsuliyyətini nəzərə alaraq biz, qaynar xətt ilə müştərilərə göstərilən xidmətin keyfiyyətini daim artırırıq. Bankın müştəriləri əmin ola bilər ki, bankın Çağrı Mərkəzinə zəng edərək onlar bütün lazımi məlumatı və peşəkar dəstək alacaqlar ”- deyə, bank VTB (Azərbaycan)-ın Çağrı Mərkəzinin rəhbəri Rasim İslamov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)







