"Az-Granata"nın zərəri azalıb
"Az-Granata"nın gəlirləri və balans mənfəəti artsa da, əvvəlki illərin zərərləri ilə əlaqədar olaraq illik zərəri 10 milyon 579 min manatdan 9 milyon 898 min manata düşüb.
Azərbaycanın sipirtli və siprtsiz içkilər istehsalçısı "Az-Granata" MMC 2019-cu ildə satışdan 47 milyon 17 min manat gəlir əldə edib. 2018-ci ilə müqayisədə Şirkətin gəlirləri 11 milyon 791 min manat və ya 33,5% artıb. 2018-ci ildə "Az-Granata" satışdan 35 milyon 225 min manat gəlir əldə etmişdi.
Marja "Az-Granata"nın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il 47 milyon 17 min manat cəmi gəlirə qarşı cəmi xərclər 43 milyon 367 min manat olmuşdur. Nəticədə şirkət maliyyə ilini 3 milyon 650 min manat balans mənfəəti ilə başa vurub. Lakin əvvəlki illərin (2014, 2015) zərərləri nəzərə alınmaqla il 9 milyon 898 min manat zərərlə yekunlaşmışdır.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə "Az-Granata"nın cəmi gəlirləri 35 milyon 225 min manat, cəmi xərcləri 34 milyon 634 min manat təşkil etmiş, nəticədə 591 min manat balans mənfəəti formalaşmışdı. Lakin əvvəlki illərin (2013-2017) zərərləri nəzərə alınmaqla il 10 milyon 579 min manat zərər ilə yekunlaşmışdı.
Ötən il "Az-Granata"nın cəmi aktivləri 41 milyon 489 min manat artaraq 01 Yanvar 2020-ci il tarixində 141 milyon 124 min manat təşkil edib.
Cəmi aktivlərin artması torpaq, tikili, avadanlıqlar, ehtiyatlar və debitor borcların artması ilə əlaqədardır. Debitor borcların (müəssisəsnin alacağı) ötən il 2 dəfə artaraq 8 milyon 464 min manatdan 17 milyon 254 min manata yüksəlməsi diqqəti çəkir.
2011-ci ildən fəaliyyət göstərən "Az-Granata" Cənubi Qafqazın ən böyük meyvə şirəsi və şərab istehsalçılarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
21 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir






.jpg)







.jpg)





