SOCAR rentabelli olmayan yataqların istismarını dayandırıb
SOCAR "OPEC+" razılaşması çərçivəsində rentabelli olmayan yataqların istismarını dayandırıb, lakin neft hasilatının böyük bir hissəsi aprel ayında Azərbaycan neftinin bir bareli 20 ABŞ dollar və hətta daha aşağı olması fonunda gəlirlidir.
Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov RİA “Novosti”yə verdiyi müsahibəsində deyib.
"Neft hasilatı sahəsində "OPEC+" təşəbbüsü çərçivəsində razılaşdırılmış və Azərbaycan hökuməti tərəfindən təsdiqlənmiş kvotalara riayət etməyi planlaşdırırıq. Bu, nəinki bazarı sabitləşdirməyə, həm də bu şərtlər altında rentabelli olmayan yataqların istismarını dayandırmaqla əməliyyatlarımızın səmərəliliyini artırmağa kömək edəcək. Eyni zamanda, neft qiymətləri aprel ayının səviyyəsinə və ya daha aşağı düşsə belə, neft hasilatı rentabelliyini saxlayacaq", - deyə İ. Əhmədov bildirib.
Onun sözlərinə görə, aprel ayında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 20,48 dollar, iyun-iyul aylarında isə orta hesabla 42-44 dollara satılıb.
Qeyd edək ki, yeni "OPEC+" razılaşması çərçivəsində üzv ölkələr may ayından etibarən üç ay ərzində gündəlik neft hasilatını 9,7 mln. barel azaldıb. Avqust ayından etibarən hasilatın azaldılması davam edib, lakin daha az həcmdə – ilin sonuna qədər olan dövrdə üzv ölkələr gündəlik hasilatı 7,7 mln. barel, 2022-ci ilin aprelin sonunadək isə 5,8 mln. azaldacaq.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)






