10 bankın qiymətli kağızlara investisiyaları azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 21-nin bu il və ötən il iyulun 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 10-da fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Həmin banklar "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Xalq Bank", "Kapital Bank", "Bank VTB Azərbaycan", "Bank Avrasiya", "AFB Bank" və "Access Bank"dır.
Ən çox azalma "Access Bank"da (71,2%), ən az azalma isə "PAŞA Bank"da (6%) qeydə alınıb.
11 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar "Express Bank", "Unibank", "Ziraat Bank Azərbaycan", "Bank BTB", "Bank Respublika", "Bank of Baku", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı, "Yelo Bank", "Azər-Türk Bank" və "Turan Bank"dır. Ən yüksək dinamika "Express Bank"da (4,6 dəfə), ən aşağı dinamika isə "Turan Bank"da (0,5%) qeydə alınıb.
5 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
5 bankın qiymətli kağızlara investisiyaları 50 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "Premium Bank"dır.
Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 5-də investisiyaların məbləği 50 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 215,628 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 055,04 milyon manat), "Kapital Bank" (492,057 milyon manat), "Xalq Bank" (139,013 milyon manat) və "Rabitəbank"dır (54,832 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 13 bankda 10-50 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan azdır.
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
36 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
37 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















