"Avqustda benzin ixracı planlaşdırılmır"
SOCAR 2020-ci ilin may-iyul aylarında dünya bazarlarına 64 min ton Aİ-92 markalı avtomobil benzini ixrac edib, avqustda ixrac planlaşdırılmayıb.
"2019-cu ildə Azərbaycandan Aİ-92 markalı benzin ixrac olunmayıb, istehsal olunan bütün məhsul daxili bazara yönəldilib. Bu il ölkədə avtomobil benzininin istehlak həcmi azalsa da, onun ixracı üçün şərait yaranıb. Beləliklə, may, iyun və iyul aylarında ümumilikdə 64 min ton Aİ-92 markalı avtomobil benzini ixrac etmişik", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərinin tətbiqi səbəbindən ölkə daxilində yanacağa tələbat əsasən aprel, may və iyun aylarında azalıb.
"Qeyd olunan aylarda yanacağa tələbatın azalmasına baxmayaraq, həmin dövrdə ölkə daxilində istehlak olunmayan neft məhsulları SOCAR tərəfindən ixrac olunub. İndi tələbat tədricən əvvəlki səviyyəyə qayıdır, buna görə də artıq avqustda benzin ixracı planlaşdırılmır", - deyə Əhmədov vurğulayıb.
Statistik məlumatlara əsasən, 2020-ci ilin yanvar-iyul aylarında ölkədə 715,9 min ton (artım 0,3%) avtomobil benzini istehsal edilib.
Neft-qaz bazarındakı mənbənin “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə, Azərbaycan bu ilin may ayında Aİ-92 markalı avtomobil benzininin ixracını bərpa edib. Bütün yanacaq partiyası Yunanıstana ixrac edilib.
Cari ilin may-iyun aylarında 11 milyon 265,15 min dollar dəyərində 53 min 961,42 ton həcminə Aİ-92 markalı benzin Liviya, Yunanıstan və Rusiyaya ixrac edilib.
Sonuncu dəfə Azərbaycandan Aİ-92 markalı avtomobil benzini ixracı (3 mlyon 428,63 min dollar məbləğində 7 min 9,61 ton) 2017-ci ildə həyata keçirilib. Bütün partiya Əfqanıstana ixrac edilib.
SOCAR-ın strukturuna daxil olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) yalnız Aİ-92 markalı avtomobil benzini istehsal olunur.
Premium Euro-95 və Super Euro-98 markalı benzin növləri Azərbaycana idxal olunur.
"İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
13 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
16 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 16 saat əvvəl
-
17 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir





.jpg)
.jpg)





.jpg)








