"Pandemiya BOKT-ların fəaliyyətini müəyyən dərəcədə ləngidib"
"Pandemiya BOKT-ların fəaliyyətini müəyyən dərəcədə ləngidib".
Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev bildirib.
“Ölkə Prezidentinin keçən il problemli kreditlərin həlli ilə bağlı fərmanı olmuşdu. O fərmandan sonra BOKT-ların bir çoxunda dirçəlmə var idi, çünki xarici valyutada olan kreditlərin həcmi kifayət qədər idi. Həmin fərman həm əhalininin rifahına, həm də BOKT-ların işinə müsbət təsir etmişdi. Fərman 2019-cu ilin dekabrına qədər olan fəaliyyətləri əhatə edirdi. Bundan sonra BOKT-lar məhsulların və kredit şərtlərinin dizayn olunmasında yeni mərhələyə keçdilər. Lakin pandemiya ilə əlaqədar yenidən müəyyən çətinliklər yaranıb.
Kreditlərin ödənilməsi üçün borclulara müəyyən möhlətlər verilib. Təbii ki, bəzi kredit ödənişlərində gecikmələr var. Karantin tədbirləri artıq mərhələli şəkildə yumşaldılır. Düşünürük ki, növbəti dövrdə hazırkı çətinlikləri aradan qaldıra biləcəyik. Pandemiya dövründə bir çox sahələrdə fəaliyyət dayandırılmış, fəaliyyət dayandırılmayan sahələrdə isə insanların hərəkət məhdudiyyəti yaranmışdı. Bu səbəbdən bir geriləmə olub. Karantindən sonra yenidən canlanma yaranacağını düşünürəm".
Onun sözlərinə görə, yaranmış vəziyyət BOKT-lar tərəfindən kreditləşməyə təsir edib. Əgər 31 mart 2020-ci il tarixinə BOKT-larda müştərilərə verilən kreditlər 284 milyon manat məbləğində olubsa, 30 iyun tarixində bu rəqəm 277 milyon manat təşkil edib. Məqsədli ehtiyatların məbləği eyni tarixlər üçün 38 mln manatdan 41 mln manata qədər artıb. Cəlb edilmiş vəsaitlər bu dövr ərzində 87 mln manatdan 83 mln manata enib. BOKT-ların nəğd vəsaitləri isə 2,2 mln manatdan 2,9 mln manatadək artıb. Bu tarixlərdə BOKT-ların banklarda yerləşdirdikləri müddətli depozitləri də 2,2 mln manatdan 3,9 mln manatadək çoxalıb.
"Bu rəqəmlər BOKT-larda kreditləşdirmənin azaldığını göstərir", - deyə AMFA-nın sədri bildirib.
C.Əliyev qeyd edib ki, hazırda BOKT-ların kredit üzrə faiz dərəcələrində də azalma var:
“Mart ayından bütün kredit təşkilatları cərimə hesablanmasını dayandırıblar. BOKT-ların kredit üzrə faiz dərəcələri hazırda bankların faiz dərəcələrindən çox fərqlənmir. Hazırda faiz dərəcələrində azalma var. Çünki rəqabət var. Fazi dərəcələri həm banklarda, həm də BOKT-larda aşağıdır. BOKT-ların faizlərinin banklardan yuxarı olması ilə bağlı fikir yanlışdır. BOKT-ların da faizləri ölkədəki faiz dərəcələrinə uyğundur. Son 4-5 ildə vəziyyət belədir".
Sədrin sözlərinə görə BOKT-ların ümumi tələb portfelində də azalma müşahidə olunur: “Ümumi tələbdə azalma müşahidə olunur. Məsələn, mənim rəhbərlik etdiyim “İnkişaf üçün maliyyə” kredit təşkilatında pandemiya ilə əlaqədar iki dəfəyə qədər azalma olub".
C.Əliyev bildirib ki, son beş ildə BOKT-ların xarici qurumlardan maliyyələşməsində də azalma müşahidə edilir:
"Azərbaycandakı BOKT-ların xarici mənbələrdən, yəni beynəlxalq maliyyə təşkilatları, banklar, investisiya fondları və digər mənbələrdən maliyyələşməsinin xüsusi çəkisi devalvasiya dövründən əvvəl daha çox idi. Sonra isə bu istiqamətdə əhəmiyyətli dərəcədə azalma oldu. Bu azalmanın iki əsas səbəbi var. Biri odur ki, Azərbaycanla işləyən fondların bir qismi özlərinin coğrafi istiqamətlərini dəyişdilər. Onların bir çoxu Afrika ölkələrində maliyyələşmə proseslərinə üz tutdular. Çünki Afrika ölkələrində bu dövrdə bir artım oldu. İkinci səbəb isə beynəlxalq maliyyə təşkilatlarından kreditləşmənin xarici valyutada olması, hedc əməliyyatı, yəni mübadilə məzənnəsinin sığortalanması alətlərinin bahalığı, devalvasiyadan sonra bu alətlərə çıxışımızın məhdud olması və dollarla kreditləşmədən qaçmağımızdır. Əsasən bu səbəblərə görə son beş ildə beynəlxalq maliyyə qurumlarından maliyyələşmədə azalma var.
Son illər Azərbaycanda Aqrar Kredit İnkişaf Agentliyi, Sahibkarlığın İnkişaf Fondu kimi yerli maliyyə mənbələri var ki, onlardan vəsait cəlb eləmək olur. Vacib deyil ki, krediti mütləq xarici mənbədən cəlb edək. Burda əsas məsələ maliyyə inkluzivliyinin artırılmasıdır. Kredit vermək məsələsində söhbət tək faizdən getmir. Problem təkcə faiz məsələsi deyil. Banklarda da, BOKT-larda da bu gün likvid vəsaitlər var. Bəzi istisnalar olmaqla Azərbaycanda likvid vəsaitləri olan banklar və BOKT-lar var. Əsas məsələ bu vəsaitlərin yerləşdirilməsi üçün subyektlərin olmasıdır. Bizneslər olmalıdır ki, o kreditlər verilsin. Digər tərəfdən bu subyektlər üçün kreditlər əlçatan olmalıdır".
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
27 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
-
- 29 d. əvvəl
-
34 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Ən çox oxunanlar
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM























