Mərkəzi Bank limitin 50 manat artırılması ilə bağlı məlumat yaydı
Ödəniş kartları ilə aparılan təmassız əməliyyatların limiti yüksəldilmişdir. Kartların 26%-i , POS-terminalların 53%-i təmassız ödənişləri dəstəkləyir.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli, 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda Mərkəzi Bankın qarşısına qoyulan əsas hədəflərdən biri innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılmasıdır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, son illərdə ölkədə rəqəmsal ödəniş ekosisteminin yaradılması istiqamətində görülən işlər nəticəsində təmassız ödəniş infrastrukturunda ciddi irəliləyişlər müşahidə olunur.
Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 26%-i (2.3 mln. ədəd), POS-terminalların isə 53%-i (29.5 min) təmassız ödənişləri dəstəkləyir. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin analoji dövründə bu göstəricilər müvafiq olaraq 7% (409 min ədəd) və 32% (21 min ədəd) olmuşdur.
Xüsusilə pandemiya dövründə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da rəqəmsallaşmanın zəruriliyi, təmassız ödənişlər, elektron ticarət, elektron bankçılıq xidmətləri daha da aktuallaşmışdır. Pandemiya şəraitində virusun səthə toxunaraq yayılması faktı əhali tərəfindən POS-terminala toxunmadan aparılan təmassız ödənişlərə üstünlük verilməsinə səbəb olmuşdur. Pandemiya dövründə əhalinin təmassız ödəniş imkanlarını artırmaq üçün dünyanın bir çox ölkələrində PİN-kod daxil edilmədən təmassız kartlarla aparılan nağdsız əməliyyatların limitləri yüksəldilmişdir. Mərkəzi Bank analoji təcrübədən yararlanaraq, kartlar vasitəsilə PİN-kod daxil edilmədən aparılan təmassız ödəniş limitini hazırki 50 (əlli) manat səviyyəsindən 100 (yüz) manata yüksəltmişdir. Nəticə etibarilə, istehlakçılar üçün gündəlik əsasda həyata keçirilən təmassız ödənişlərin daha rahat, sürətli və təhlükəsiz formada aparılması imkanları genişləndirilmişdir
Mərkəzi Bank ölkədə təmassız kart infrastrukturunun genişləndirilməsi strategiyasına uyğun olaraq, yaxın gələcəkdə bütün bank kartları və POS-terminalların təmassız ödənişləri dəstəkləməsi istiqamətində bank sektoru ilə birgə qarşılıqlı fəaliyyətini davam etdirməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
27 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
-
- 29 d. əvvəl
-
34 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Ən çox oxunanlar
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM























