“Kapital Bank” rekord məbləğdə xalis mənfəət hədəfləyir
“Kapital Bank” ASC 2020-ci il üzrə gəlir və xərc proqnozunu açıqlayıb.
Marja-nın məlumatına görə, Azərbaycanın ən iri özəl banklarından biri olan “Kapital Bank” 2020-ci ili üzrə 217 milyon 610 min manat xalis mənfəət hədəfləyir. Əgər bu hədəf reallaşarsa, 2019-cu illə müqayisədə 2020-ci ildə “Kapital Bank”ın xalis mənfəəti 82 milyon 902 min manat və ya 61,5% artacaqdır. Belə ki, Bank 2019-cu ili 134 milyon 708 min manat xalis mənfəət ilə başa vurmuşdu.
217 milyon 610 min manat xalis mənfəətin əldə edilməsi “Kapital Bank”ın tarixində ən yüksək xalis mənfəət məbləği olacaqdır.
“Kapital Bank”ın xalis mənfəəti ildən-ilə artır. Bank 2017-ci ildə 94 milyon 839 min manat, 2018-ci ildə isə 98 milyon 53 min manat xalis mənfəət əldə etmişdi.
ARTIQ HƏDƏFƏ 80% NAİL OLUB
2020-ci ilin 1-ci yarısı üzrə mənfəət göstəricisi “Kapital Bank”ın 2020-ci il üzrə 217 milyon 610 min manat xalis mənfəət hədəfinə rahat çatacağına işarə edir. Belə ki, Bank 2020-ci ilin 1-ci yarısını 170 milyon 556 min manat xalis mənfəət ilə bağlayıb. Qısası, Bank hədəfə 80%-ə yaxın nail olub.
GƏLİRLƏRİNİN ARTACAĞI PROQNOZLAŞDIRILIR
“Kapital Bank”ın 2020-ci ildə 628 milyon 335 min manat cəmi gəlir əldə edəcəyi, bunun 470 milyon 811 min manatını faiz, 157 milyon 524 min manatını qeyri-faiz gəlirləri təşkil edəcəyi gözlənilir. Bank 2019-cu ildə 571 milyon 301 min cəmi gəlirlər əldə etmiş, bu gəlirlərin 400 milyon 956 min manatını faiz, 170 milyon 345 min manatını qeyri-faiz gəlirləri təşkil etmişdi.
Həmçinin oxu
"Kapital Bank" nizamnamə kapitalını artırır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 43 d. əvvəl
-
-
58 d. əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
3 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?























