İnflyasiya gəlirlərin 6,5%-ni “yeyib”
2017-ci ilin mart ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri fevralda olduğu kimi 1,6% artıb. “Marja” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Mart ayında ərzaq məhsulları fevral ayına nisbətən 3,1 faiz, qeyri-ərzaq malları 0,6%, pullu xidmətlər 0,5% bahalanıb.
2017-ci ilin yanvar-mart aylarında əvvəlki ilin yanvar-mart aylarına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,6 faiz artıb.
DSK-nın məlumatına görə, illik hesablamada çörək 11,7%, yağ 16,8%, qənnadı məmulatı 17,8%, kofe və çay 17,4%, mineral və sərinləşdirici içkilər 11,6%, meyvə 20,2% bahalanıb.
2016-cı ilin eyni dövründə nisbətən məişət elektrik cihazları 13%, dərman 13,2%, telefon 10,1%, kompüter və noutbuklar 7,7%, şüşə məmulatı 18,9%, minik avtomobilləri 10,1% və s bahalanıb.
DSK-nın məlumatına görə, bu il əhalinin pul gəlirləri 6,7% artıb. Beləliklə, inflyasiya gəlirlərin 6,5%-ni “yeyib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)








.jpg)





