Qızıl və nefti 2020-nin ikinci yarısında nələr gözləyir?
Əmtəə bazarları ilin ilk yarısında çətin bir dövr keçirdi. Bəs qızılvə neft kimi xam maddələri 2020-ci ikinci altı ayında nələr gözləyir?
Marja-nın məlumatına görə, əmtəə bazarlarının ilin ikinci yarısında da çətin şərtlərlə qarşı-qarşıya olacağı gözlənilir.
Bütün dünyada koronavirusa yoluxanların sayı 10 milyona yaxınlaşıb. Sərmayəçilər ABŞ başda olmaqla bəzi ölkələrdə yoluxma sayının yenidən artması ehtimalını qiymətləndirirlər. Həmçinin ilin ikinci yarısına, Donald Trump ilə Joe Biden arasındakı Ağ Ev yarışı və mərkəzi bankların addımları da damğa vuracaq. Çin iqtisadiyyatının yığışması kritik əhəmiyyətdədir; Beynəlxalq Valyuta Fondu (IMF) ilin hamısı üçün 1% artım nəzərdə tutur.
Neft 2 ayda mənfi 40 dollar ilə müsbət 40 dollar arasında çalxalandı
Neft qiymətləri ilin ilk yarısında bazarın tarixində görülən ən çalxantılı dövrünü keçirdi. Neft qiymətləri OPEC+un Mart ayında dağılan razılaşması, qiymət müharibəsi ilə kəskin düşdü, koronavirusun bütün dünyanı qucaqlamasının ardından çöküş daha da şiddətləndi. ABŞ-lı treyderlər əllərindəki xam nefti başqasına vermək üçün üzərində pul ödədilər. Fyuçerslər Apreldə mənfi 40 dollara qədər gerilədi. İki ay sonra isə bazar müsbət 40 dolları gördü.
İlin ikinci yarısında gedişat, bağlanma (karantin) tədbirlərindən sonra yanacaq istehlakındakı canlanmanın davam edib etməyəcəyinə, ya da infeksiyadakı artım ilə əlaqədar olaraq relsdən çıxıb çıxmamasına bağlı olacaq. Həmçinin neft təklifi də əhəmiyyətli olacaq. OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçıların anbarlarda yığılan milyonlarla barel ehtiyatları təmizləmələri üçün hasilatı məhdud saxlamaları lazımdır. Buna baxmayaraq ABŞ-da neft istehsalının artması vəziyyətində OPEC-in səyləri boşa gedə bilər.
QIZIL
Qızıl 2020-ci ilin 1-ci yarısında 16% bahalaşıb və qiymət yeddi ildən uzun bir müddətin ən yüksək səviyyəsinə qalxıb. Qiymətli metalın ilin sonuna qədər daha da bahalaşacağı proqnozlaşdırılır.
Qlobal səhiyyə böhranı, Fed-in liderliyi ilə mərkəzi bankların sərhədsiz yumuşaq pul siyasətləri və dolların zəif qalması etibarlı aktivlərə, o cümlədən qızıla tələbi daha da artırıb. Birja sərmayə fondlarında (ETF) olan qızılın miqdarı rekord səviyyəyə yüksəlib. Bu fondlara bu il artıq 600 tondan çox xalis giriş olub, bu, indidən keçən ilki artımdan çoxdur.
ANZ Banking Group Ltd qiymətlərin 12 ay ərzində 1900 dolları keçəcəyini nəzərdə tutur. Bununla birlikdə təmkinli yaxınlaşanlar da var. Capital Economics etibarlı liman tələbinin azalması ilə qiymətlərdə geriləmə gözləyir. UBS Group AG də qızılın qiymətinin yeni rekorda doğru davam edəcəyindən şübhəlidir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
5 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur


























