ABŞ-da COVID-19 yenidən sürətlə yayılır
“Əl-Cəzirə”: Amerikalıların tibbi maska taxmağa və sosial məsafə saxlamağa laqeyd yanaşmaları səbəbindən ölkədə COVID-19 sürətlə yayılırABŞ xəstəxanalarında koronavirus infeksiyasına yoluxan xəstələrin sayı sürətlə artmaqdadır. Son günlərdə ABŞ-da COVID-19-a gündəlik olaraq 26 mindən çox yeni yoluxma faktı qeydə alınıb.
“Əl-Cəzirə” telekanalı bildirir ki, ABŞ-ın cənub və qərb ştatlarında son günlərdə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artımı ilə bağlı həyəcan yaşanmaqdadır. Son zamanlar COVID-19 virusuna nəzarətin güclənməsinə və virusa qarşı mübarizədə əldə olunan irəliləyişlərə baxmayaraq, bir çox amerikalıların tibbi maska taxmaq və sosial məsafə saxlamağa laqeyd yanaşdıqları səbəbindən xəstəliyin miqyası genişlənir.
COVID-19 infeksiyası ilə bağlı həyata keçirilən məhdudiyyətlərin son bir ay yarım ərzində yumşaldılması virusun yenidən sürətlə yayılmasına səbəb olub, beləliklə də təkcə Florida ştatında infeksiyaya yoluxmuş xəstələrin sayı 100 mini ötüb keçib. ABŞ-ın digər ştatlarında da koronavirus infeksiyasına yoluxmada kəskin artım müşahidə edilib.
“Virusa yoluxanların sayı sürətlə artır. Çox güman ki, biz bunun nəticəsində daha çox ölüm faktı ilə üzləşəcəyik”, - deyə Hyuston metodist xəstəxanasının baş direktoru Mark Bum bildirib. O, ABŞ-ın milli bayramı olan hərbçilərin xatirə günündən bu günədək COVID-19-a yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən insanların sayının üç dəfə artdığını qeyd edib.
Mark Bum növbəti üç həftə ərzində xəstəxanaların tam dolacağını proqnozlaşdırıb və vətəndaşlara müraciət edərək hamını tibbi maskalardan istifadə etməyə və sosial məsafə saxlamağa çağırıb.
Texas, Alabama, Florida və Cənubi Karolina ştatları daxil olmaqla bir sıra ştatların qubernatorları da bütün vətəndaşların tibbi maska taxmaq qaydasına riayət etməsinin vacibliyini vurğulayıblar.
Qeyd edilir ki, Merilend ştatının paytaxtı yaxınlığında yerləşən Fort Vaşinqton Tibb Mərkəzində boş çarpayılar tapmaq müşkül məsələyə çevrilib. Bu, ağır xəstələrin ailə üzvləri üçün heç də ürəkaçan mənzərə deyil və onlar koronavirus təhlükəsinin gerçək olduğuna inanmayan çoxsaylı amerikalılarla bağlı öz məyusluqlarını bildirirlər.
Tənəffüs orqanları üzrə terapevt Kevin Kol qeyd edib ki, indi hamı çimərliklərə can atır və virusun sadəcə bitdiyini düşünürlər. Amma bu, belə deyil, virus yox olmayıb. Bu, hələ son deyil və təəssüflər olsun ki, bu pandemiyanın davam etməsinə səbəb olanlar da məhz həmin insanlar olacaqlar.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
36 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 41 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























