Neft qiymətləri 50 dolların üzərində qalır
Neft qiymətləri, ABŞ-da Çərşənbə günü açıqlanacaq ehtiyatların ardıcıl ikinci həftədə də azalacağı gözləntisi ilə, 50 dolların üzərində qalır.
"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin açıqlayacağı neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ötən həftə 1.7 milyon barrel aşağı düşməsi gözlənilir.
Neft, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bəzi üzvlərinin hasilatın azaldılması müqaviləsinin İyun ayından sonraya da uzadılmasını dəstəklədiklərini qeyd etmələrinin ardından 53-56 dollar arasında "ralli" edib.
"Bazar, Orta Şərqdəki gərginlik və OPEC-in hasilatın azaldılması müqaviləsini daha altı ay uzadacağına dair artan etimaddan dolayı sabitdir. ABŞ-da ehtiyatlar azalır, ancaq bu azalma son iki ilin ən yüksək səviyyələrindən baş verir. Həmçinin yeni şist nefti istehsalçılarını cəlb edəcək bir qiymət bölgəsindəyik"- analitiklər bildirir.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas neft (WTI), Nymex birjasında 2 sent yüksələrək 52.67 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 7 sent yüksələrək bareli 55.42 dollara çıxıb. Qiymətlər Bazar ertəsi günü 53 sent və ya 1 faiz düşərək 55.36 dollardan bağlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 41 d. əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı


























