"Neftin qiymətləri 30 ABŞ dollarından aşağı düşməz"
Dünya bazarında neftin bir barelinin qiymətinin 30 ABŞ dolları səviyyəsindən xeyli dərəcədə aşağı düşəcəyi inandırıcı görünmür.
Bu barədə nüfuzlu “Fitch” beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir. Açıqlamaya görə cari ilin II yarısında tələbatın tədricən artması və təklifin azalması nəticəsində bazarda istehsalat kəsirinin yaranma ehtimalı böyükdür.
“Fitch”in qənaətinə görə, OPEC+ çərçivəsində neft hasilatının rekord həddə azalmasını (9,7 mln. barel/gün) daha bir ay uzatmaqla bağlı əldə edilən razılaşma nəticəsində bazardakı tarazlıq bərpa edilməlidir. Lakin neft qiymətlərinin hazırkı artımının nə qədər davam edəcəyi hələlik bəlli deyil. Belə ki, qeyri-OPEC ölkələrində, xüsusilə də ABŞ-da hasilatın həcmi bazarda tələbatla təklif arasındakı tarazlığa mühüm təsir edəcək. Agentliyin proqnozuna görə, ilin I yarısında yaranan neft ehtiyatlarının əriməsi bir neçə ay uzana bilər.
Neftin bir barelinin qiymətinin 40 ABŞ dolları səviyyəsinə çıxması ABŞ şirkətlərinin hasilat həcmini artıra bilər ki, bu da bazarda qiymətlərin əvvəlki səviyyəyə qayıtmasını əngəlləyəcək. Qiymətlər 30 ABŞ dolları olsa isə hasilatı sabitləşdirməyin mümkün olacağı qeyd edilir.
“Fitch”ə görə, OPEC+ formatının iştirakçı ölkələri may ayında hasilatı marta nisbətən 7,5 mln barel azaldıblar, iyun ayında isə məcmu ixtisarın həcmi 9 mln bareli ötməlidir.
Aprel ayında “Fitch” “Brent” markalı neftin orta illik qiymətinə dair proqnozunu 35 ABŞ dolları səviyyəsində saxlamışdı. Qiymətin 45 dollaradək artımı 2021-ci ildə, 53 dollaradək artımı da 2022-ci ildə gözlənilirdi.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
16 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN











.jpg)






