Bu il Xaçmazda gilas boldur
Xaçmazlı sahibkarlar may ayının son günlərindən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar.
Təsərrüfatçılar gilasın bir kiloqramını keyfiyyətindən asılı olaraq yerində 2-2,5 manata satırlar. Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır.
Rayonun Pirquluoba kəndində 500 hektardan çox gilas bağı var. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən bağ sahibi Asəf Babayev hazırkı satış qiymətinin onları qane etdiyini vurğulayıb.
İyun ayı gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri bu ayın 10-na kimi gilasın tezyetişən sortlarının yığılmasını başa çatdıracaqlar. Sonra gilasın digər sortlarının yığımına başlanılacaq.
Alıcı Habil Məlikov bildirib ki, yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da aparılır. “Məhsul boldur. Hələ ki, tezyetişən sortlar yığılır. Kütləvi yığım başlayanda məhsulun Rusiyaya satışına başlanacaq. Bu il gilasın qiymətinin 3 manatdan baha olacağını düşünürəm. Dövlətimiz çox sağ olsun ki, əlavə dəyər vergisini də aşağı salıb. Rusiyaya gedən əsas sort “Napoleon”dur”,-deyə H.Məlikov bildirib.
Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon”, “Ağ gilas” və başqa növləri yetişdirilir.
Xaçmaz rayonunda, ümumilikdə, 2 min 441 hektar gilas bağı var ki, bunun da 1769 hektarı barverəndir. Ötən il gilas bağlarından 17 min 403 ton məhsul yığılıb. Hər hektara görə məhsuldarlıq 100 sentnerə yaxın olub.
Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
18 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
-
2 saat əvvəl
24, 25 və 26 apreldəki planlarını təxirə sal, çünki "Yaşıl Cümə" başlayır!
-
3 saat əvvəl
Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Ən çox oxunanlar
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
Aprelin 25-də gözlənilən hava şəraiti
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq





.jpg)








.jpg)





