“Yoruldum”, “Gücüm çatmır” deyirsinizsə mütləq oxuyun!
Case Western Reserve Universitetinin (ABŞ) alimləri bədənimizdə hər hansı bir xəsarət və qazanılmış xəstəliklərə qarşı "zədələrin bərpası" prosesini aktivləşdirmək üçün bir çıxış yolu tapıblar. Məlum olub ki, bu yol qlikoliz - qlükozanın enerjiyə çevrilməsi prosesi ilə sıx bağlıdır.
Xəsarət aldığımız zaman bədən enerji istehsalı üçün lazım olan qlükoza istifadəsini "dayandırır" və bu qlükozanı zədələnmiş toxumaların bərpası üçün istifadə edir. Bədən bu zaman bir növ "B planını” qoşur. Qlükozanın parçalanması zamanı qeyri-adi molekullar formalaşır. Bu molekullar mitoxondriyaya yox, birbaşa bərpa prosesinə yönləndirilir.
Orqanizmimiz bir həkim qədər özünü müayinə və müalicə edə bilər. Bu zaman orqanizmimiz bir növ müalicə üçün qeyri-ixtiyari “təmirə bağlanır”. Baş vemiş zədələnmə və ya xəstəlik zamanı bədənimiz mümkün qədər tez normal rejimə qayıtmağa çalışır. Bu proses təbii seçmə qanunundan qaynaqlanır. Çünki uzaq keçmişdə əcdadlarımız daimi olaraq ovçuluq və düşmənlərdən qaçmaq məcburiyyətində idilər. Buna görə də onlar bütün enerjilərini bərpaya xərcləyə bilməzdilər. Nəticədə onların orqanizmi özünü bərpa işlərini minimuma endirir və enerjinin bir hissəsini hərəkət üçün ayırırdı.
Artıq müasir dövrdə insan orqanizmi fiziki istirahətə möhtacdır. Eyni zamanda orqanizmimiz daxildə xəstəliklərlə, viruslarla və zədələrlə də mübarizə aparmalıdır. Bunun üçün biz daha çox qlükoza qəbul etməliyik. Bəs qlükozanı necə qəbul edək ki artıq şəkər yüklənməsinin qarşısı alınsın? Nələrə “XEYR” deməliyik?
Birincisi saxaroza və maltoza - saf şəkər, boş kalorilər, heç bir faydası olmayan karbohidratlardan. Bu növ karbohidratlar əsasən ağ dənəvər şəkər tozunda və qənddə olur. Yeri gəlmişkən tərəvəz və meyvələrdə də bu növ şəkərə rast gəlinir. Xüsusilə çuğundurda, yerkökündə, şaftalıda, yemişdə və armudda. Ən təhlükəli şəkər həddi isə kekslərdə, dondurmalarda, tortlarda və şirin bulkalarda olur.
Bəs hansı qidalara “HƏ” deməliyik? Orqanizm üçün vacib olan qlükozaya. Onsuz (qlükozasız) nə böyüklərin, nə də uşaqların orqanizmi yaşaya bilməz. Bu maddə hüceyrələrimiz üçün yanacaq funksiyasını daşıyır. "Yoruldum", "gücüm çatmır" kimi ifadələr uşaqların və ya elə öz bədənimizdə qlükoza səviyyəsinin azaldığını göstərir.
Qlükozanı hardan əldə edək?
Qlükoza ən çox giləmeyvələrdə, meyvə və tərəvəzdə olur. Üzümdə, gilasda, albalıda və moruqda əsasən çox olur. Əgər meyvə və tərəvəz qəbul etmirsinizsə o zaman ən azından qlükoza tərkibli içkilərdən istifadə etmək tövsiyə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)







.jpg)







