Azercell-in abunəçi sayı 5 milyonu keçdi
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir! Lider operator 5 milyonuncu abunəçisini təbrik etdi!(®️) Ötən ilin iyun ayında yeni brend kimliyini təqdim edən və fəaliyyətinin yeni dövrünə qədəm qoyan “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq, innovativ və rəqəmsal həllərlə həyatlarını asanlaşdırmaq istiqamətində təşəbbüslərini davam etdirir. Məhz bu səylərin nəticəsi olaraq ölkə əhalisinin əksəriyyəti tərəfindən seçilən Azercell-in abunəçi sayı artıq 5 milyonu keçib.
Azercell şirkətinin 5 milyonuncu abunəçisi Sabirabad rayon sakini Elvin Mirzəyev olub.
Ölkənin lider mobil operatoru Azercell ailəsinin 5 milyonuncu üzvünü xüsusi hədiyyələrlə qarşılayıb. Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşı olan Azercell yeni müştərisinə müasir dizayna, güclü prosessor və kameraya malik yeni “iPhone SE” smartfonu və “Sərbəst75” tarifinə 1 illik pulsuz abunəlik hədiyyə edib.
Şirkət üçün bu tarixi hadisənin pandemiya dövründə baş verməsi də təsadüfi deyil. Dünyanı bürüyən qlobal gərginlik zamanı xalqın yanında olan lider mobil operatorun məhz indi 5 milyonuncu müştərisini qarşılamağı, onun düzgün müştəriyönümlü siyasət həyat keçirdiyini və abunəçilərin etibarını qazanmağa müvəffəq olduğunu növbəti dəfə sübut etdi. Bu çətin müddət ərzində müştərilərinə gücləndirilmiş iş rejimində xidmət etməklə yanaşı, Azercell şirkəti, həmçinin ölkədə iqtisadi sabitliyin qorunması və sosial rifahin yüksəldiməsinə yönəlmiş bir sıra layihələrə imza atdı. Şirkət öz müştəriləri ilə digər operatorların abunəçiləri arasında fərq qoymadan pandemiyanın ilk günlərindən etibarən həm mobil xidmətlərə aid müxtəlif dəstək aksiyaları həyata keçirdi, həm də ölkəmizdə həssas kateqoriyaya aid olan on mindən çox aztəminatlı ailəyə ərzaq yardımı paylayıb.
Abunəçilərinin etibarını yüksək qiymətləndirən “Azercell Telekom” MMC bundan sonra da işgüzar fəaliyyətini şəffaflıq prinsipləri üzərində quraraq kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiqi, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan edilməsi istiqamətində çalışacaq.
Müştərilərin xəbərləri
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 d. əvvəl
- 9 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: İnvestAZ mütəxəssislərindən Master Klass
- 1 saat əvvəl
-
2 saat əvvəl
EGA şirkəti Legal 500 və ACCA tərəfindən beynəlxalq səviyyədə tanınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı
Avropada zəhərli uşaq qidası təşvişi yaşanır
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
Ən çox oxunanlar
Baku Steel Company Almaniyada Tube 2026 sərgisində
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi
"Azərpoçt"a yeni rəhbər təyin edilib
“Azərpoçt"un rəhbəri işdən çıxıb






.jpg)





.jpg)








