Restoranların dövriyyəsi 30 faizə yaxın azalıb
Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərmişdir. Bu hal ölkəmizdə də müşahidə olunmuş və cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınmışdır.
Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma (cari ilin aprel ayında mart ayı ilə müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə 12,1 dəfə) nəticəsində aprel ayında cari ilin mart ayı və ötən ilin aprel ayı ilə müaqayisədə ictimai iaşə xidmətlərinin həcmində müşahidə olunmuş kəskin azalma ilə bağlı olmuşdur.
Belə ki, cari ilin aprel ayında ictmia iaşə dövriyyəsi əvvəlki ayla müqayisədə 2,3 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 4,0 dəfə azalmışdır. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 27,6 faiz azalaraq 304,2 milyon manat olmuşdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 43,1 faizi hüquqi şəxslərin, 56,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 23,3 faiz azalaraq 129,8 milyon manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)







