Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı
“2020-ci il 1 yanvar tarixindən bu günə qədər keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin sayında azalma var. Bu ilin yanvar-fevral ayında miqrasiya baxımından çox aktiv idi, 15 faiz artım olmuşdu”.
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında deyib.
“Koronavirusa görə sərhədlərin bağlı qalması səbəbindən 44 faiz azalma olub. Hazırda ölkədə 134 mindən çox əcnəbi yaşayır. Əcnəbilər əsasən Rusiya, İran, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşlarıdır”, - deyə Xidmət rəisi vurğulayıb.
O qeyd edib ki, 1-15 mayda müraciətlərdə də azalma olub:
“Ölkəyə gələn şəxslərin sayı kəskin azaldığı üçün müraciətlər də azalıb. Karantin müddətində Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Mart ayından mayın 15-dək Çağrı Mərkəzinə 92 967 zəng daxil olub. Zənglərin 36 337-si müvəqqəti olma müddətinin uzadılması, 24 624-ü müvəqqəti yaşama icazəsi, 2701-i iş icazəsi, 2006-sı daimi yaşama icazəsi, 1067-si inzibati xəta, 1444-ü vətəndaşlıq məsələləri, 4408-i olduğu yer üzrə qeydiyyat, 20 380-ni isə digər məsələlərlə bağlı olub. Bu da ötən illə müqayisədə təqribən 4 dəfə çoxdur. Daxil olan müraciətlərin hər biri diqqətdə saxlanılıb və operativ şəkildə cavablandırılıb. Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini də davam etdirib. Bütün zəruri məlumatlar həm Xidmətin internet saytı, “Facebook” və “Twitter” sosial hesabları, həm də “(012) 919” Çağrı Mərkəzi vasitəsilə əcnəbilərə çatdırılıb”.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)







