“Standard” brendi Azərbaycanın maliyyə bazarını tərk etmək üzrədir
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin ötən gün qəbul etdiyi qərarla 3 illik fasilədən sonra ölkədə daha bir sığorta şirkəti bağlandı – “Standard Insurance” ASC bazardan kənarlaşdırıldı. Bununla da, “Standard” brendinin Azərbaycanın maliyyə bazarını tərk etməsi istiqamətində daha bir addım atıldı.
Keçmiş nazirin holdinqi
“Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən “AB Standard” QSC Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərirdi. Holdinqin keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olması kimsəyə sirr deyil. Onun oğulları müxtəlif vaxtlarda holdinqə daxil olan şirkətlərin rəhbərliyində təmsil olunublar. “AB Standard”ın tərkibinə “Standard Insurance”lə yanaşı lisenziyası ləğv olunmuş “Bank Standard” QSC, qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurmuş “Standard Kapital” MMC, eləcə də “Standard Lizinq” MMC daxildir.
Keçmiş “Most-Bank”
Uzun illər Azərbaycanın aparıcı, sistem əhəmiyyətli banklarından biri olan “Bank Standard” maliyyə bazarına 1998-ci ildə, Rusiyanın “Most Bank”ın törəməsi kimi daxil olmuş, 2000-ci illərin əvvəllərində rebrendinq etmişdi. Bazarda bir çox yeniliklərə imza atan “Bank Standard”Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra ciddi problemlərlə üzləşdi və öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdi. Bankın xilas edilməsi istiqamətində görülən tədbirlər nəticə vermədiyindən 2016-cı ildə onun bazardan kənarlaşdırılmasına - lisenziyasının ləğv edilməsinə qərar verildi və ləğvetmə prosesi hələ də, davam edir.
Banka bağlı sığorta şirkəti
Ötən gün lisenziyası ləğv edilmiş “Standard Insurance” Sığorta Şirkəti isə maliyyə bazarına 2002-ci ildə daxil olub. Onun da üzləşdiyi problemlərin kökü devalvasiyaya və bağlı olduğu bankın – “Bank Standard”ın maliyyə vəziyyətinin pisləşməsinə gedib çıxır. Əksər yerli sığorta şirkətləri kimi “Standard Insurance”in da topladığı sığorta haqlarında bank kreditləri həlledici rola malik olub. Odur ki, “qohum” bankın bağlanmasından keçən 3-4 il ərzində sığorta şirkətinin problemləri getdikcə dərinləşib, maliyyə qurumu kapitalını itirib, müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməyib.
Yeni qanuna uyğunlaşa bilməyən şirkət
“Standard Kapital” investisiya şirkəti isə maliyyə bazarına 2004-cü ildə daxil olub və 11 il normal fəaliyyət göstərib. 2016-cı ildə Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun qüvvəyə minməsi onun fəaliyyətinin dondurulması ilə nəticələnib.
Brendin yeganə təmsilçisi
Hazırda “Standard” brendi maliyyə bazarında yalnız “Standard Lizinq”lə təmsil olunur. 2006-cı ildə yaradılmış bu şirkət hələ ki, “ayaq üstə qalmağı” bacarır. Bununla belə, son 5 ildə “AB Standard”a məxsus 3 maliyyə qurumunun bağlanması belə deməyə əsas verir ki, “Standard” brendi bazarı tərk etmək üzrədir.
©️ Report
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
-
- 34 d. əvvəl
- 44 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycanda daha bir aqropark yaradılıb
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma



















.jpg)






