Azərbaycanda elektrik enerjisi istehsalı azalıb
2020-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1923,6 mln. kVt·st, ixracı 17,5 mln.kVt·st, idxalı 17,7 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 112,2 mln. kVt·st, ixracı 86,4 mln. kVt·st azalıb, idxal isə 6,5 mln. kVt·st artıb. Bu barədə Marja-ya Energetika Nazirliyindən bildirilib.
Cari ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,2 mln. kVt·st artaraq 8896,7 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 189,2 mln. kVt·st artaraq 8435,2 mln. kVt·st, SES-lərdə 120,2 mln. kVt·st azalaraq 341,8 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,8 mln. kVt·st azalaraq 119,7 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 34,5 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 13,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 71,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2020-ci ilin 4 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7985,8 mln. kVts (İES-lərdə 7689,9 mln. kVt·st, SES-lərdə 295,9 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 114,1 mln. kVt·st (İES-lərdə 62,7 mln. kVt·st, SES-lərdə 39,9 mln. kVt·st, Günəş ES-də 11,5 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 796,8 mln. kVt·st təşkil edib.
Bu dövr ərzində elektrik enerjisinin ixracı 500,6 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 116,4 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı isə 44,7 mln. kVt·st təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 7,5 mln. kVt·st azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
49 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)





.jpg)







